Azərbaycanda pambıq sahələrinin sığorta mövsümü başladı – QİYMƏTLƏR, ŞƏRTLƏR, MİSALLAR
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən güzəştli aqrar sığorta mexanizmi çərçivəsində pambıq sahələrinin yeni mövsüm üçün sığortalanmasına başlanılıb.
Aqrar Sığorta Fondundan verilən məlumata görə, aqrar sığorta pambıq sahəsini bütün əsas risklərdən qoruyur. Buraya dolu; yanğın; zəlzələ; torpaq sürüşməsi; qasırğa; fırtına; sel və ya subasma; leysan; vəhşi heyvanların hücumu; bitki xəstəlikləri və zərərvericiləri; xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu; üçüncü şəxslərin hərəkətləri və sair aiddir.
Aqrar sığorta qaydalarına əsasən sığorta üçün hesablanan aqrar sığorta haqqının yarısını fermerlərə dəstək üçün dövlət ödəyir.
Azərbaycanda çoxsaylı bölgələrdə əkilən pambıq bitkisi fermerlərə gəlir verməklə yanaşı, ölkəyə xaricdən böyük məbləğdə xarici valyutanın daxil olmasına dəstək verir. Belə ki, 2019-cu ildə xaricə pambıq ixracından ölkəyə 124 milyon dollar, 2020-ci ildə 157 milyon dollar, 2021-ci ildə isə 273 milyon dollar gəlir gətirib.
Pambıq sahəsinin sığortası üzrə sığorta haqqı ölkənin regionlarından asılı olaraq dəyişir. İstənilən halda fermer sığorta haqqının yalnız yarısını ödəyir.
Misal:
Saatlıda əkin sahəsi – 4 hektar - 1 hektar sahədən gözlənilən məhsuldarlıq miqdarı – 30 sentner - 1 sentner məhsulun bazar qiyməti 50 manat olan pambıq sahəsindən hər hektara 1500 manat olmaqla, ümumilikdə 6 000 manatlıq məhsul gözlənilir. Bu sahəni baza zərfi ilə sığorta etmək üçün sığorta haqqı 6000 manat x 1,22 / 100 = 73,20 manat təşkil edir. Fermer bu məbləğin yalnız yarısını 36,6 manat ödəyir.
Sözügedən pambıq sahəsini əlavə ödəniş təqdim etməklə leysan yağışları riskindən də sığortalamaq mümkündür. Leysan yağışları riski üzrə sığorta tarifi 0,2% təşkil edir. Bu halda leysan yağışından sığorta haqqı 12 manat təşkil edir. Fermer bu sığorta haqqının yalnız yarısını, yəni 6 manat ödəyir.
Aqrar sığorta qaydalarına görə sığorta haqqından güzəştlər nəzərdə tutulub. Belə ki, hadisə baş verməyən sahələrtin sığortası üzrə növbəti illərdə sığorta haqqına hər il 5% «zərərsizlik güzəşti» edilir. Amma güzəştin ümumi məbləği sığorta haqqının 15%-ni keçməməlidir. Eləcə də yaşı 29-dan az olan fermerlər üçün də sığorta haqqına 5% güzəşt-tətbiq edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
-
33 d. əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
56 d. əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bankın 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
-
2 saat əvvəl
Xəzər sahilində və Sumqayıtın inkişaf edən hissəsində yeni mənzil fürsəti
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Regional” BOKT-un 1 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
Ən çox oxunanlar
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
BakıKart artıq ABB mobile-da!
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
























