Avropa bankı Azərbaycanda stansiyanın inşasına 51 milyon dollar ayıracaq
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) BƏƏ-nin "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək "Qaradağ" Günəş Elektrik Stansiyasının (GES) inkişafına, tikintisinə və sonrakı istismarına 51 mln. ABŞ dolları məbləğində uzunmüddətli üstün hüquqa malik kredit ayıracaq.
AYİB-əin yaydığı məlumata görə, hazırda konsepsiya yoxlamasından keçən və yekun yoxlamanı gözləyən kreditin təsdiqlənməsi aprelin 27-i gözlənilir. Ölkədə layihənin həyata keçirilməsi məqsədi ilə yaradılmış "Masdar Azerbaijan Energy" MMC sözügedən layihədə borcalan qismində çıxış edəcək. BƏƏ-nin "Masdar" şirkəti isə layihənin sponsoru olacaq.
Qeyd edək ki, bir sıra digər beynəlxalq maliyyə institutlarının, o cümlədən Asiya İnkişaf Bankının da layihəyə dəstək verməsi gözlənilir.
Xatırladaq ki, ümumi dəyəri 240 mln. dollar göstərilən "Qaradağ" GES-ində istehsal edilən enerji 110 min mənzili elektrik enerji ilə təmin edə biləcək və ekologiyaya müsbət təsir göstərəcək. Stansiya inşa olunandan sonra 110 mln. kubmetr qaza qənaət olunacaq. Eyni zamanda 200 min ton tullantının qarşısını alınacaq. GES-in 2023-cü ilin payızında istifadəyə verilməsi gözlənilir.
Bu ilin yanvarın 31-nə AYİB-in Azərbaycandakı aktiv portfelinin həcmi 33 layihə üzrə 817 mln. avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib. Bu günədək isə bank Azərbaycana 181 layihə üzrə 3,367 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 86,1% (2,899 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənib. Ümumi investisiyaların 12%-i özəl sektorun payına düşüb.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 12 d. əvvəl
-
-
24 d. əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
36 d. əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
46 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 49 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
1 saat əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
1 saat əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dövlət bankının kredit portfelində azalma
“Avtomagistral” anlayışı dəyişir
Ən çox oxunanlar
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
























