“Azərlotereya” ani lotereyalarında böyük uduşlar qazanıldı
Şamaxı sakini 100 min manat, Beyləqan sakini 50 min manat, Qəbələ və Füzuli sakinləri 25 min manat udublar.(®) “Azərlotereya” ASC tərəfindən təşkil olunan ani lotereyalar böyük uduşları ilə sevindirməyə davam edir. Bu dəfə ard-arda bir neçə uduş öz şanslı qaliblərinə qismət olub. Şirkət həmçinin “40 000 000 Pul Yağışı” ani lotereyasını satışa buraxıb.
“Şans ulduzu” ani lotereyasında növbəti böyük uduş 50.000 manatı Beyləqan sakini Elşən Məmmədəliyev qazanıb.
“Qızıl” ani lotereyasında böyük uduş 25.000 manat Qəbələ rayonunda Qərib Hüsənova və Füzuli rayonunda Mahir Qarayevə nəsib olub.
Uduşlar bununla da bitməyib. “Brilliant” ani lotereyasında böyük uduş – 100.000 manat Şamaxıda Elçin Qədimov tərəfindən udulub.
Lotereyaların təşkilində şəffaflıq və uduş fondlarına gəldikdə isə qeyd edək ki, “Azərlotereya”nın təşkil etdiyi ani lotereyalar dünyanın aparıcı şans oyunları şirkəti olan “Scientific Games” ilə əməkdaşlıq çərçivəsində hazırlanır. Hər bir ani lotereya biletinin arxasında bilet və uduşların sayı aydın şəkildə yazılır. Lotereya oyunlarında uduşları qazananların adı və soyadları yalnız uduş qazanan şəxslərin icazəsi ilə mümkündür.
Xatırladaq ki, lotereya bir şans oyunudur. Lotereya oyunlarında iştirak əyləncəli vaxt keçirmək, bəxtin sınanması ilə müşayiət olunur. Bu oyunlarda iştirak etmək boş vaxtın səmərəli və əyləncəli keçirilməsi ilə nəticələnməlidir.
“Azərlotereya” ASC yalnız qanunla nəzərdə tutulan qaydada təşkil olunan lotereya oyunlarında iştirak etməyi tövsiyə edir. Qeyd edək ki, 18 yaşı tamam olmuş şəxslər lotereya oyunlarında könüllü şəkildə iştirak edə bilərlər.
“40 000 000 Pul Yağışı” ani lotereyası, eləcə də “Azərlotereya” ASC-nin digər ani lotereyaları “Brilliant”, “Şans ulduzu”, “Qızıl” biletlərini bütün “Misli” məntəqələri və lotereya satış nöqtələri, “Azərpoçt” şöbələri, “Maxi.az” və “Optimal Elektronika” mağazalar şəbəkəsində əldə edə bilərsiniz.
Lotereya və mərc oyunları ilə əlaqədar daha ətraflı məlumat əldə etmək, oyunlarda iştirak edərək şansınızı sınamaq üçün “Azərlotereya” ASC-nin https://azerlotereya.com/az və https://www.misli.az/ rəsmi internet səhifələrini ziyarət etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 17 d. əvvəl
-
51 d. əvvəl
Təsərrüfatlara dəymiş zərərlərə üzrə sığorta ödənişləri həyata keçirib
-
1 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
1 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
2 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
2 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Kapital Bankın 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
-
3 saat əvvəl
Xəzər sahilində və Sumqayıtın inkişaf edən hissəsində yeni mənzil fürsəti
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
“Prime Cotton”ın ixracında güclü artım
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
BakıKart artıq ABB mobile-da!



























