Azərbaycan və İran Xəzərdə neft yataqlarının birgə işlənilməsi ilə bağlı müzakirələr aparır
Azərbaycan və İran arasında ticarət və iqtisadi əlaqələr hər il yüksələn istiqamətdə inkişaf edir.
Bunu müsahibəsində Azərbaycanın İrandakı səfiri Əli Əlizadə deyib.
Ə.Əlizadənin sözlərinə görə, hazırda Azərbaycanın aidiyyəti qurumları Fars körfəzi – Qara dəniz marşrutunda iştirakla bütün tərəflərlə müzakirələr aparır. Artıq Fars körfəzi – Qara dəniz marşrutunun yaradılması ilə əlaqədar müzakirələr aparılır. Bununla bağlı üzvlüyü təklif olunan dövlətlər tərəfindən bütün məsələlərə baxılıb. Həmçinin Azərbaycanın da bu marşrutda iştirak etməsi təklif olunub. Əgər ölkəmizin mənafeyinə, ölkəmizin maraqlarına uyğun olarsa, sözsüz ki, Azərbaycanın da bu marşrutu iştirakı təmin olunacaqdır.
Səfir qeyd edib ki, İran, Azərbaycan və Rusiya arasında Şimal-Cənub enerji dəhlizinin yaradılmasına münasibət bildirən səfir qeyd edib ki, bununla bağlı layihə üzərində işlər aparılır. Bununla əlaqədar 22 fevralda Qətərin Doha şəhərində Azərbaycan, İran və Rusiya energetika nazirlərinin görüşü baş tutub və müzakirələr aparılıb. Həmçinin Azərbaycan və İran arasında ikitərəfli görüşlər keçirilib və müzakirələr aparılıb. Eyni zamanda işçi qrupları səviyyəsində video-formatda müntəzəm görüşlər keçirilir. Hər üç ölkə bu layihənin həyata keçirilməsini dəstəkləyir. Bu layihə ilə bağlı lazımi layihələndirmə işlərini İranın “Monenko” Şirkəti həyata keçirərək təqdim etməlidir. Azərbaycanın aidiyyəti orqanları bunu dəyərləndirəcəklər. Hal-hazırda bu istiqamətdə də işlər gedir. Biz əminik ki, yaxın gələcəkdə bu layihənin də həyata keçirilməsi baş tutacaq.
“İnanırıq ki, Azərbaycan və İran arasında Astaraçay üzərində yeni körpünün tikintisi qıza zaman kəsiyində başa çatdırılaraq istifadəyə veriləcək. Astaraçay üzərində təməli qoyulmuş yeni körpünün tikintisi artıq başlanılıb və sürətlə davam edir. Bu körpü həm nəqliyyat vasitələrinin, həmçinin insanlarımızın gediş-gəlişinin rahatlığını təmin edəcək. Eyni zamanda Azərbaycan-İran əlaqələri, ticari və iqtisadi əlaqələri hər il yüksələn istiqamətdə inkişaf edir.
Sərhədlərimizdə ticarət üzrə yaranan sıxlıqlar nəzərə alınaraq hər iki ölkənin hökumətləri tərəfindən yeni körpülərin salınması qərara alınıb. Bunlardan biri də Astara-Astara körpüsüdür ki, təməli qoyulub. Biz əminik ki, gələcəkdə bu körpü vasitəsi ilə ticarət və iqtisadi əlaqələrimizin artmasına öz töhfəsini verəcək”, - deyə o qeyd edib.
Səfir qeyd edib ki, məlum olduğu kimi Azərbaycan və İran prezidentlərinin Türkmənistan paytaxtı Aşqabadda görüşü çərçivəsində Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana svop edilməsi üzrə saziş imzalanıb. Artıq bu ilin əvvəlindən bu layihənin icrasına başlanıb və həyata keçirilir. Bununla bağlı həm ikitərəfli, həm də üçtərəfli formatda çox yaxşı əməkdaşlıq mövcuddur. Xəzər dənizində neft yataqlarının birgə işlənilməsi ilə bağlı Azərbaycan və İran arasında müzakirələr aparılır. Neft yataqlarının işlənməsi ilə bağlı İran tərəfinin təklifləri olub. Sözsüz ki, bu təklifləri aidiyyəti orqanlarımız dəyərləndirirlər. Bu yaxınlarda Bakıda keçiriləcək Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Komissiyasının növbəti iclasında çox güman ki, layihələrlə bağlı təkliflər yenilənərsə, müzakirə olunacaq və aidiyyəti orqanlarımız tərəfindən gələcək perspektivi müəyyən olunacaq.
Əlizadənin sözlərinə görə, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində İran şirkətlərinin fəaliyyəti ilə bağlı həm Azərbaycan tərəfinin təklifi və dəvəti olub, həm də İran tərəfi də quruculuq və bərpa işlərində iştiraka çox maraqlıdır. Əgər hər hansı İran şirkəti Azəbaycanın işğaldan azad olunan ərazilərində sərmayə yatırmaq və investisiya qoymaq istəyərsə, Azərbaycanın aidiyyəti orqanları vasitəsi ilə öz işlərini həyata keçirə bilər. İki ölkənin Hökumətlərarası Birgə İqtisadi Komissiyanın iclasından öncə iş adamlarının birgə görüşü planlaşdırılır. Həmin görüşdə iş adamlarının bu imkanlarla tanış olması nəzərdə tutulur ki, həmin imkanlarla tanış olduqdan və öyrəndikdən sonra öz fikirlərini bizə bildirəcəklər.
“İranın Təbriz və Urmiya şəhərlərinə səfərim zamanı, Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətlərinin başçıları, hökumət və qeyri-hökumət təşkilatları, ticarət palatalarının nümayəndələri ilə görüşlərimdə müzakirələrimiz oldu və İran şirkətlərini işğaldan azad olunan ərazilərimizə sərmayə yatırmağa, investisiya qoymağa dəvət etdik ki, bərpa və quruculuq işlərində iştirak etsinlər. Artıq bir neçə şirkət öz marağını göstərib, hal-hazırda onlar layihələri öyrənirlər, imkanlarını araşdırırlar, sözsüz ki, hər iki tərəfi qane edərsə, bu layihələrin həyata keçirilməsi baş tutacaq. Təbrizin Traktorsazi Şirkəti də işğaldan azad olunmuş ərazilərdə öz filialını yaratmağa maraq göstərib”, - deyə o qeyd edib.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
7 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
8 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
8 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
8 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb











.jpg)










