"Volkswagen"Rusiyada avtomobil istehsalını və ölkəyə ixracını dayandırdı
"Volkswagen" Rusiyada avtomobil istehsalını dayandırmaq qərarına gəlib. Avtomobillərin Rusiyaya ixracı da dayandırılıb.Almaniyanın “Volkswagen Group” şirkəti Ukraynadakı vəziyyət ilə əlaqədar olaraq Rusiyada istehsalını, eləcə də Rusiyaya avtomobil ixracını dayandırdığını açıqlayıb.
Marja xəbər verir ki, müvafiq bəyanat cümə axşamı şirkətin Twitter səhifəsində dərc olunub.
""Volkswagen Qrup"u Rusiyada (Kaluqa, Nijni Novqorod) növbəti xəbərdarlığa qədər avtomobil istehsalını dayandırmaq qərarına gəlib. Rusiya Federasiyasına nəqliyyat vasitələrinin ixracı da dayandırılıb”, - deyə məlumatda bildirilir.
Həmçinin qeyd edilib ki, “şirkət bu qərardan təsirlənən Rusiya işçiləri qarşısında öz məsuliyyətini çox ciddi qəbul edir” və onlara kompensasiya ödəniləcək.
2007-ci ilin noyabr ayından etibarən Almaniyanın avtomobil konserni Kaluqada avtomobil istehsal edir. 2011-ci ildə "Volkswagen Group Rus" və "GAZ Group" Nijni Novqoroddakı GAZ zavodunda Volkswagen və KODA avtomobillərinin yığılmasına dair müqavilə bağlayıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
12 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
12 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
13 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















