"Rus oliqarxlarının xaricdəki mənzilləri, yaxtaları, hesabları müsadirə olunacaq"
ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya hərbi hücumu səbəbindən ABŞ-ın hava məkanını bütün Rusiya təyyarələri üçün bağladığını açıqlayıb.ABŞ prezidenti Co Bayden Konqresdə Nümayəndələr Palatasının və Senatın birgə iclasında çıxış edib.
Marja xəbər verir ki, Rus rublunun tətbiq edilən sanksiyalar qarşısında indiyə qədər 30% dəyər itirdiyinə diqqət çəkən Bayden, "Bu gecə Amerika hava sahəsini bütün Rusiya uçuşlarına bağlayaraq avropalı tərəfdaşlarımıza qoşuluruq. Bu, daha da irəliləyəcək. Rusiyanı təcrid edib iqtisadiyyatına daha çox ziyan vuracaq, təzyiq göstərəcək”, deyib.
ABŞ və Amerika xalqının Ukrayna xalqının arxasında olduğunu vurğulayan Bayden bildirib:
"Tariximiz boyu biz bu dərsi aldıq: diktatorlar öz təcavüzlərinin əvəzini ödəmədikdə, daha çox xaosa səbəb olur və irəliləyirlər. Amerika və dünya üçün təhlükələr artmaqda davam edir".
Putinin Ukraynaya qarşı müharibəsini "əvvəlcədən düşünülmüş" və "əsassız" adlandıran Bayden deyib: "Putin diplomatik səyləri rədd etdi. O, Qərbin və NATO-nun cavab verməyəcəyini və bizi daxildə parçalaya biləcəyini düşünürdü. Putin yanıldı. Biz buna hazır idik".
Rusiyaya qarşı çox diqqətli və hərtərəfli hazırlıq gördüklərini bildirən Bayden, Avropa, Asiya, Cənubi Amerika, Şimali Amerika və Afrika ölkələri ilə koalisiya qurduqlarının vurğulayıb.
Avropa Birliyinin 27 üzvünün, eləcə də İngiltərə, Kanada, Yaponiya, Cənubi Koreya, Avstraliya, Yeni Zelandiya və hətta İsveçrənin Rusiyanı dünyadan təcrid etdiyini qeyd edən Bayden, “Hazırda onlarla birlikdə güclü iqtisadi sanksiyalar tətbiq edirik. Müttəfiqlərimiz ilə Rusiya Mərkəzi Bankının rublu müdafiə etməsinə mane olmaqla, biz Putinin 630 milyard dollarlıq müharibə fondunu devalvasiya edirik”, - deyib.
Rusiyanın texnologiyaya çıxışının da məhdudlaşdırıldığını və bunun qarşıdakı illərdə iqtisadi gücünü və ordusunu zəiflədəcəyini vurğulayan Bayden, "Bu gün mən də bu zorakı rejimə milyardlarla dollarlıq dətək göstərən rus oliqarxlarına və korrupsioner liderlərinə müraciət edirəm. ABŞ Ədliyyə Nazirliyin rus oliqarxlarının cinayətlərini təqib etmək üçün xüsusi əməliyyat qrupu yaradır. Avropalı tərəfdaşlarımız ilə yaxtalarınızı, dəbdəbəli mənzillərinizi, şəxsi təyyarələrinizi tapıb ələ keçirəcəyik”, deyib.
Rusiya birjalarının 40% düşdüyünü və birja əməliyyatlarının hələ də dayandırıldığına diqqət çəkən Bayden, "Rusiya iqtisadiyyatı çaş-baş qalıb və tək günahkar Putindir" deyib.
ABŞ-ın Ukraynaya hərbi, iqtisadi və humanitar yardımlarını davam etdirdiyini və göstərməyə davam edəcəyini vurğulayan Bayden, "Bunu açıq deyim. Hərbi qüvvələrimiz Ukraynada Rusiyaya qarşı heç bir münaqişədə iştirak etməyib və etməyəcək. Putin qərbə doğru hərəkət edəcəyi təqdirdə NATO müttəfiqlərimizi müdafiə etmək niyyətindədir”, ifadələrdən istifadə edib.
ABŞ-ın NATO müttəfiqlərini dəstəkləmək üçün Polşa, Rumıniya, Litva, Latviya və Estoniya da daxil olmaqla NATO ölkələrinə Amerika quru, hava və dəniz qüvvələrini yerləşdirdiyini xatırladan Bayden, “ABŞ və müttəfiqləri hər bir ölkəni müdafiə edəcək”,- mesajını verib.
Qarşıdakı günlərin Ukrayna xalqı üçün çətin olacağı ilə bağlı xəbərdarlıq edən Bayden, "Ola bilsin ki, Putin meydanda bəzi qazanclar əldə edə bilər, lakin uzun müddət ərzində bunun üçün yüksək qiymət ödəməyə davam edəcək",- deyib.
Bayden bəyan edib ki, 30 ildir müstəqil olan Ukrayna xalqı öz azadlığını əlindən almaq istəyənlərə dözmür: “Rus diktatoru xarici ölkəyə hücum edir və bunun əvəzini o ödəyəcək”.
ABŞ-ın Rusiya iqtisadiyyatını hədəf alarkən Amerika işçi qüvvəsini və istehlakçılarını qoruyacağını qeyd edən Bayden, strateji neft ehtiyatlarından 30 milyon barrel nefti istifadəyə açdıqlarını və lazım gələrsə, daha çox işlər görəcəklərini qeyd edib.
ABŞ prezidenti Co Bayden deyib:
-ABŞ hava məkanını Rusiya aviasiyasına bağlayır.
-ABŞ Ədliyyə Nazirliyi Putin və rus oliqarxlarının cinayətlərini araşdırmaq üçün işçi qrupu yaradacaq.
-Rus oliqarxlarının xaricdəki mənzilləri, yaxtaları, hesabları müsadirə olunacaq.
-Putin təsəvvür edə bilmədiyi bir müqavimət divarı ilə üzləşir - hazırda bütün dünyanı Ukrayna xalqı və Prezident Zelenski ruhlandırır.
-Putin heç vaxt dünyadan bu qədər təcrid olmamışdı. Bundan sonra onu nələrin gözlədiyi barədə heç bir fikri yoxdur.
-Biz ABŞ Ukrayna xalqı ilə çiyin-çiyinəyik. Biz tarixin dərslərini bilirik: diktator dayandırılmasa, irəli gedəcək.
-Ukraynalılar günlərlə, həftələrlə, aylarla cəsarətlə döyüşəcəklər. Putinin ətrafında tanklar ola bilər, amma o, heç vaxt Ukrayna xalqının ruhunu və ürəyini qazana bilməyəcək.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
10 d. əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
- 30 d. əvvəl
- 50 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Amerika bankı qızılın qiymətinin 6300 dollara çatacağını proqnozlaşdırır
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
Rusiyanın neft və qaz gəlirləri azalır
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Ən çox oxunanlar
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub
Azərbaycanın sığorta bazarı kiçilib
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
Avropanın ən böyük bankının mənfəəti azalıb
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.




















