NFC ödəniş texnologiya imkanları artıq Ziraat Bank Azərbaycan mobil tətbiqində!
(®) Hər zaman müştəri məmnuniyyətinə və rahatlığına önəm verən Ziraat Bank Azərbaycan, indi də kartsız ödəniş texnologiyalarının tətbiqinə başlayıb. İlkin olaraq bu imkan VISA kart sahibləri və NFC texnilogiyalarını dəstəkləyən Android əməliyyat sistemli mobil telefon istifadəçiləri üçün yaradılıb. Artıq bu müştərilər mobil telefonları vasitəsilə POS-terminal ödənişlərini asanlıqla reallaşdıra bilərlər. Ödənişi həyata keçirmək üçün müştərilər ilk növbədə mobil cihazlarında NFC ödənişlərini dəstəkləyən düyməni aktivləşdirməli, daha sonra isə Ziraat Bank Azərbaycan mobil tətbiqinə daxil olaraq, bu texnologiya vasitəsilə ödəniş edəcəkləri kartı seçməlidirlər. Beləliklə, müştərilər kart olmadan, sadəcə ekran kilidini açaraq, mobil telefonu POS-terminala yaxınlaşdırmaqla öz ödənişlərini reallaşdıra bilərlər.
NFC texnologiyalarının ən əsas üstünlüyü, ödənişlərin kart olmadan, smartfon vasitəsilə sürətli və rahat reallaşdırılmasıdır. Bununla yanaşı, bank kartının müştəri tərəfindən daşınmasına ehtiyac qalmadığından, kartların itirilməsi və oğurlanmasına dair risklər də aradan qaldırılır. Əlavə olaraq NFC texnologilayarının köməyi ilə ödənişin tamamilə təmassız qaydada həyata keçirildiyini nəzərə alaraq, COVİD-19 xəstəliyinə yoluxma ehtimalı da dəfələrlə azalır.
Ziraat Bank Azərbaycan bankına məxsus VISA plastik kartı olmayan müştərilər, aşağıdakı link vasitəsi ilə kart sifarişlərini onlayn icra edə bilər. Link: https://bit.ly/3lYqO4o. Qeyd edək ki, kart sifarişini bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq da icra etmək mümkündür. Ziraat Bank Azərbaycan tərəfindən təqdim edilən VISA kartları Azərbaycan Manatı, Türk Lirəsi, Avro və USD valyuta növlərində buraxılır. “Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 13 d. əvvəl
-
-
32 d. əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
1 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
- 1 saat əvvəl
-
10 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
- 21 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Ən çox oxunanlar
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
























