Kapital Bank pandemiya dövründə sahibkarlara dəstək göstərməsi üzrə liderdir!
(®) Ölkə bankları arasında hər zaman sahibkarlara dəstək göstərən, onlara sərfəli şərtlər əsasında müxtəlif kreditlər, kampaniyalar və güzəştlər təqdim edən Kapital Bank bu istiqamətdə Sahibkarlığın İnkişafı Fondu (SİF) ilə sıx əməkdaşlıq edir.
SİF pandemiyadan zərər çəkmiş sahibkarların müvəkkil kredit təşkilatlarından aldıqları yeni kreditlərə zəmanət və subsidiya verilməsini nəzərdə tutan dövlət zəmanətli kredit və subsidiya mexanizmi başa çatdırılıb.
Nəticələrə görə Kapital Bank zəmanəti qüvvəyə minən 537 sahibkara dəstək göstərməklə 18 müvəkkil bank arasında birinci yerdədir. Proqram çərçivəsində 2630 müraciət üzrə 500 milyon manata yaxın kreditə 292 milyon manatdan artıq məbləğə zəmanət verilib. Zəmanət verilən kreditlər üzrə 17,3 milyon manat subsidiya ödənilib və kredit müddəti ərzində ödənişlər davam etdiriləcək.
Qeyd edək ki, Kapital Bank-ın KOS müştəriləri üçün nəzərdə tutulan Biznes Mərkəzləri Xətai, Səbail, Nəsimi, Gənclik, Yasamal, Mərkəz, 28 May filiallarında, həmçinin Sədərək TM-də yerləşən Ticarət filialı fəaliyyət göstərir. Biznes mərkəzlərində KOS müştərilərə xüsusi xidmət bölməsi ilə yanaşı fərdi müştəri menecerləri də vardır. Onlar sahibkarlara bankın təqdim etdiyi məhsullar barədə məlumat verməklə yanaşı, kredit, qarantiya, overdraft, faktorinq və digər maliyyələşmə məhsullarının sifarişlərini qəbul edirlər, biznesin inkişafı üçün maliyyə məsləhətləri və bir sıra digər xidmətlər də göstərirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 12 d. əvvəl
-
-
31 d. əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
1 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
- 1 saat əvvəl
-
10 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
- 21 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Ən çox oxunanlar
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub























