Xalq Bank FICO Siron proqramının tətbiqini başa çatdırdı
(®) Xalq Bank və RDTEX şirkəti FİCO Siron proqram təminatı bazasında çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin qurulması layihəsini başa çatdırdığını elan etdi.
Uğurla istifadəyə verilən sistem Banka müştəri davranışı və əməliyyatlarının monitorinqi (Siron®AML), müştəri risklərinin qiymətləndirilməsi (Siron®KYC), eyni zamanda ödənişlərin real vaxt rejimində avtomatik yoxlanılması imkanını verir. FİCO proqram təminatının tətbiqi nəticəsində qeyd olunan sahədə risklər minimuma endirilir.
Əməliyyatları həyata keçirən Bank əməkdaşları qərarların real vaxt rejimində qəbulu üçün, həmçinin daha əvvəl icra edilmiş əməliyyatların təhlili üçün sistemin komponentlərinə çıxış imkanlarına malikdirlər. Proqram təminatı iş prosesi zamanı mürəkkəb ssenari və filtrlərin, o cümlədən müəyyən açar sözlər və kriteriyaların tətbiqinə imkan verir. Bütün bu əməliyyatların vahid platformada həyata keçirilməsi Bankın insan resurslarının səmərəli istifadəsinə səbəb olur.
Xalq Bank ÇPY/TMM proseslərin avtomatlaşdırılması layihəsinə Bankın İT-infrastrukturunun təkmilləşdirilməsinin bir mərhələsi olaraq 2020-ci ildə start verib. Layihə ərzində Siron proqramının tətbiqi ilə məlumat sisteminin inteqrasiyası baş tutmuş, qanunvericiliyin tələblərinin və daxili nəzarət qaydalarının yerinə yetirilməsini təmin edən zəruri yoxlama ssenariləri sazlanmışdır. Layihə çərçivəsində Bankın maliyyə monitorinqi bölmələrinin əməkdaşlarına proqram təminatı ilə işləmək imkanı yaradılmış, maliyyə fırıldaqçılığı ilə mübarizədə ən yaxşı beynəlxalq təcrübələrin təqdimatı həyata keçirilmişdir.
“Xalq Bank hazırda bazarın aparıcı banklarından biri olaraq bank məhsul və xidmətlərinin çeşidini daim artırır və bu istiqamətdə ən müasir İT-həlləri tətbiq edir. ÇPY/TMM üzrə proseslərin avtomatlaşdırılması üçün İT sahəsində xidmət göstərən beynəlxalq şirkətin seçilməsi də biznesin inkişafına xüsusi yanaşmanı təsdiq edir. FICO Siron proqram təminatının istifadəsi Banka maliyyə fırıldaqçılığı ilə mübarizə sahəsində riskləri minimuma endirməyə kömək edəcək.” - Xalq Bankın risklərin idarə edilməsi idarəsinin rəisi Murad Mirzə qeyd edir.
“Öz növbəmdə Bankın layihəyə qatılan komanda üzvlərinin yüksək peşəkarlıq səviyyəsi və aktiv iştirakını qeyd etmək istəyirəm. Layihənin ciddi karantin məhdudiyyəti vaxtında başlamasına və digər xarici amillərə baxmayaraq, həmkarlarla ünsiyyətin qurulması və məsafədən iş kifayət qədər effektiv oldu. Komanda layihə üzrə bütün tapşırıqları uğurla yerinə yetirdi” - RDTEX şirkətinin Maliyyə həlləri mərkəzinin direktoru Anna Dmitrakova bildirir.
ASC “Xalq” Bankı 2004-cü ildə təsis edilmişdir. Bu gün Xalq Bank müştərilərin etibarlı tərəfdaşına çevrilmiş və ölkənin aparıcı bankları sırasında öz yerini tutmuşdur. Xalq Bank müştəri xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində davamlı olaraq çalışır və bu tədbirlərin mühüm tərkib hissəsi olaraq rəqəmsallaşmaya və müasir İT-nin tətbiqinə böyük diqqət ayırır.
RDTEX şirkəti (www.rdtex.ru) 1992-ci ildə təsis edilib və 30 ildir ki, müştərilərə biznesin səmərəliliyi və rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş layihələr həyata keçirir. RDTEX şirkətinin təqdim etdiyi xidmətlərə idarəetmə konsaltinqi, informasiya sistemlərinin inkişafı və tətbiqi, texnoloji konsaltinq daxildir.
Şirkət bu günədək 750-dən çox layihəni uğurla başa çatdırmışdır: aparıcı qlobal istehsalçılar- korporativ proqram təminatı bazarının liderləri ABBYY, Arenadata, FICO, Huawei, IBM, Informatica, Microsoft, Oracle, PIX Robotics, SAS, TmaxSoft, UiPath, Sherpа Robotics şirkətlərinin proqram təminatlarının bazasında iri dövlət və kommersiya strukturları üçün unikal məlumat və analitik sistemlər, texniki həllər yaratmışdır.
Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı rəsmi Facebook, Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
13 d. əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
-
42 d. əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
- 1 saat əvvəl
-
10 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
- 20 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Ən çox oxunanlar
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"

























