“Hazırda gündəlik qaz ixracımızın ən çoxu Avropa bazarının payına düşür”
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qətərin paytaxtı Doha şəhərində keçirilən Qaz İxrac Edən Ölkələr Forumu (Gas Exporting Countries Forum-GECF) Nazirlərinin iclasında iştirak edib.
Nazir çıxışında qlobal qaz sektorundakı mövcud qeyri-sabitliyi şərtləndirən faktorlardan bəhs edib. Bir enerji növünün hakim olacağı dünyanın qeyri-sabit olmaqla bərabər qeyri-real olduğunu, yalnız ekoloji təhlükəsizliyə fokuslanaraq, sərt şəkildə təbii qazdan imtinanın enerji təhlükəsizliyi üçün risklər yaratdığını qeyd edib.
Bildirilib ki, iqlim dəyişikliyinə qarşı mübarizə vacibdir, lakin enerji daşıyıcılarının dəyəri və təchizatının təhlükəsizliyi də zəruridir. Kotirovkaların volatilliyinə baxmayaraq təbii qaz etibarlı elektrik enerjisi istehsalı, eləcə də enerji sistemlərinin balanslaşdırılması üçün münasib mənbə kimi qalmaqda davam edəcək. Təbii qazın iqlim neytrallığı hədəfinə doğru körpü olduğunu vurğulayan energetika naziri qiymət sabitliyi üçün bu enerji növünə lazımi dəstəyin vacibliyini diqqətə çatdırıb.
Yeni reallıqlar şəraitində Azərbaycanın həm bölgədə, həm də Avropa qitəsində etibarlı enerji təchizatçısına çevrilməsində Cənub Qaz Dəhlizinin roluna da toxunulub: “Həm enerji təhlükəsizliyi, həm də ekoloji təhlükəsizlik tələblərini nəzərə alan Cənub Qaz Dəhlizi hazırda daha çox ölkələrin enerji təchizatında perspektiv prioritetlərdən biri kimi qəbul edilir və onun inkişafına böyük maraq ifadə edilir. Hazırda gündəlik qaz ixracımızın ən çoxu Avropa bazarının payına düşür. Avropalı istehlakçılar gündəlik 27 milyon kubmetrə yaxın Azərbaycan qazı ilə təchiz olunur. İstismara veriləndən indiyə kimi TANAP-la Türkiyəyə 14,8 milyard kubmetr, Avropaya isə TAP ilə 9,4 milyard kubmetr qaz ixrac edilib”.
Həmçinin Azərbaycanın özünü və tərəfdaşlarını uzun müddət təbii qazla təmin etməsi üçün malik olduğu zəngin potensial barədə də məlumat verilib.
Qeyd edək ki, 22 fevral tarixində Qaz İxrac edən Ölkələr Forumunun (GECF) dövlət və hökumət başçılarının VI Sammiti keçiriləcək.
Xatırladaq ki, Azərbaycan 2015-ci ildən Qaz İxrac Edən Ölkələr Forumunda müşahidəçi statusunda iştirak edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
16 d. əvvəl
2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək
- 31 d. əvvəl
- 32 d. əvvəl
-
1 saat əvvəl
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək
-
1 saat əvvəl
43%-lik aktiv artımı və 4,26 milyon manat mənfəət: AFB Bank böyüməni necə gəlirə çevirib?
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək
Rəsmi iş yeri olmadan 50 000 AZN-dək kredit
43%-lik aktiv artımı və 4,26 milyon manat mənfəət: AFB Bank böyüməni necə gəlirə çevirib?
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
Ən çox oxunanlar
"Son illər ərzində dividend ödənişi nisbəti bankın xalis mənfəətinin minimum 35–40 faizi səviyyəsində olub"
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
"Bu il daha 4 yolun tikintisinə başlanılacaq"
ABB-dən yüksək gəlirli əmanət kampaniyası!
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
Azərbaycan neftinin son qiyməti
Bu gün FED 2026-cı il üzrə ilk faiz qərarını açıqlayacaq
















