Azərbaycan narının ixrac gəlirlərinin az olmasının səbəbləri açıqlanıb
Azərbaycanda istehsal olunan narın keyfiyyətinin kifayət qədər yüksək olmaması səbəbindən ixrac gəlirləri istehsalın heç 10%-ni də təşkil etmir.
Bunu "Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti" adlı konfransda çıxış edən Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib.
Onun sözlərinə görə, bunun obyektiv və subyektiv səbəbləri var.
"İllik istehsal 2016-cı illə müqayisədə ötən il təqribən 22%-dək artıb. Belə ki, 2016-cı ildə bu rəqəm təxminən 150-152 min ton idisə, 2021-ci ilin mövsüm ilində biz 185 min ton nar toplaya bilmişik. Təxminən 25 mln. ABŞ dolları civarında ixracımız olub. Bu rəqəm təbii ki, bizi qane etmir. Belə ki, bu, ümumi istehsal olunan məhsulun heç 10%-i qədər də deyil. Bu, ondan xəbər verir ki, ölkəmizdə istehsal olunan narın keyfiyyətli bir o qədər də yüksək deyil. Bunun obyektiv və subyektiv səbəbləri var", - deyə F. Qaraşov qeyd edib.
O həmçinin əlavə edib ki, narçılığın inkişafında müəyyən problemlər mövcuddur: "Bunun ən əsas səbəblərindən biri susuzluq problemidir. Fermerlər 2020-ci ildə çox ciddi susuzluqla qarşılaşdı və nəticədə böyük zərər edib. Bundan başqa, tingçilik təsərrüfatlarının olmaması, fermerlərin yetərincə maariflənməməsi də bura aiddir ki, biz hazırda bu istiqamətdə işlər aparırıq".
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 8 d. əvvəl
- 25 d. əvvəl
-
27 d. əvvəl
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 29 d. əvvəl
- 34 d. əvvəl
-
1 saat əvvəl
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ SƏHMLƏR
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
ABB-dən yüksək gəlirli əmanət kampaniyası!
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Bu gün FED 2026-cı il üzrə ilk faiz qərarını açıqlayacaq
Rəsmi məzənnələr açıqlandı
Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
Qızılın qiyməti 5250 dollara yaxınlaşdı -YENİ REKORD
Qlobal bank qızıl üzrə qiymət proqnozunu 1000 dollar artrıdı - 5000 dollardan 6 000 dollara yüksəltdi




















