“Expressbank” pandemiyadan zərər çəkmiş sahibkarlara ən çox kredit təqdim edən banklardan biri oldu!
®️ Expressbank sahibkarlıq subyektlərinin inkişafı üçün Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə sıx əməkdaşlığını davam etdirir.
Biznes subyektlərinə dəyən zərərlərinin minumuma endirilməsi, sahibkarlıq strukturlarının maddi vəziyyətlərinin stabilləşdirilməsi, iş yerlərinin davamlılığının təmin edilməsi məqsədilə pandemiya dövründə sahibkarlara aktiv dəstəyinə görə Expressbank aparıcı yerlərdən birini tutdu!
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən rəsmi olaraq açıqlanan məlumatda Expressbank, 2020 və 2021-ci illərdə güzəştli kredit almaq üçün müraciət etmiş və pandemiyadan zərər çəkmiş iş adamlarına 31.4 milyon manat məbləğində kredit verərək dəstək olmuşdur!
Expressbank sahibkarlığın və biznes fəaliyyətinin inkişafı, təşviqi və genişləndirilməsi istiqamətində səmərəli və uğurlu fəaliyyətini davam etdirir. Hər bir sahibkara individual olaraq yanaşan bank, onların biznes gəlirlərinə və həcminə uyğun kreditlər təklif edərək, bu sahədə xidmət imkanlarının daha da artırılması üçün dəstəyini əsirgəmir! Expressbank sahibkarlara həm bizneslərini böyütmək və inkişaf etdirmək üçün maksimal məbləği 5 000 000 manatadək olan Biznes Kreditini, həm də kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sahibkarlara təsərrüfat məhsullarının daha da artırılması məqsədi ilə 1 000 000 manatadək olan Aqro Kreditini 60 ayadək təklif edir!
Həmçinin sahibkarlar “SİF” vəsaiti hesabına dövlət zəmanəti və faiz subsidiyası ilə güzəştli krediti almaq üçün www.e-edf.gov.az linkinə keçid edib, Expressbank-ı müvəkkil bank qismində seçməklə müraciət edə bilərlər.
Sahibkarlar yuxarıda sadalanan kreditləri əldə etmək üçün Expressbank-ın istənilən filialına yaxınlaşa bilərlər. Qeyd edək ki, Expressbank-ın xidmət şəbəkəsi 15 filialdan ibarətdir. Onlardan 8-i Bakıda, digər 7-si isə Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Əlavə olaraq bankın rəsmi saytından və ya sosial şəbəkə kanalları üzərindən onlayn müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 11 d. əvvəl
- 12 d. əvvəl
-
-
20 d. əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 38 d. əvvəl
- 49 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 saat əvvəl
-
14 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Rəsmi məzənnələr açıqlandı
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
























