Azərbaycanda lombardların 90 %-i bağlana bilər
“Azərbaycanda lombard fəaliyyətini lisenziyalaşdırılmasına başlanılsa, bu bazar iştirakçılarının 90 %-i bağlanacaq”.
Bunu maliyyə bazarı üzrə ekspert Əkrəm Həsənov deyib.
“Azərbaycanda qanuni fəaliyyət göstərən lombard yoxdur. Fəaliyyət göstərənlərin hamısı qanunsuzdur. Qanunsuzluq nə ilə bağlıdır? Lombard elə bir kommersiya qurumudur ki, öz pulu hesabına vətəndaşlara kredit verir. Kredit təminatının müqabilində vətəndaşlar müəyyən qiymətli əşyasını lombardda saxlanc olaraq girovda saxlayır.
Həmin əşyalar adətən qızıl-zinət əşyaları olur. Kredit qayıtmayanda lombard qanuna görə borclunu məhkəməyə verməlidir. Həmin qızıl-zinət əşyaları hərracda satılmalıdır. Lombard da pulunu götürməlidir. Reallıqda Azərbaycanda bu proses necə baş verir? Heç bir lombard öz pulu hesabına kredit vermir. Bunun sübutu kimi Dövlət Vergi Xidmətinə daxil olub lombard sözünü axtarışa versək, orada qeydiyyatdan keçmiş lombardların nizamnamə kapitallarının çox az məbləğdə olduğunu (5-10 manat) görərik. Bu da o deməkdir ki, lombardların öz pulu budur. Yəni bunlar özləri də borc alırlar”, - deyə Ə.Həsənov reallığın nədən ibarət olduğunu izah edib.
O bildirib ki, bu hal geniş yayılıb, yəni vətəndaşlar gəlib lombarda borc verirlər:
“Bunun adını “lombard əmanət qəbul edir” qoyublar. Əslində isə bu da qanunsuzluqdur. Faktiki olaraq qanunsuz bank fəaliyyətidir. Lombardlar öz pulları ilə yox, başqalarının pulları ilə risk edirlər”.
Milli Məclisə təqdim olunmuş “Lombardlar haqqında” qanun layihəsinə görə lombardlara da lisenziya veriləcəyinə toxunan ekspert artıq onların fəaliyyətinin nəzarətdə olacağını qeyd edib. O bildirib ki, əgər qərar qəbul olunsa, lombardların sayı kəskin şəkildə azalacaq. Ən azı 90 %-i bazardan gedəcək. Həmçinin qanunla lombardlara nəzarət olunsa, bankların da kredit verilməsində yumşaldılma ola biləcəyini Ə.Həsənov istisna etməyib:
“Lombarddan pul götürən adam adətən rəsmi gəliri olmadığı üçün banka müraciət etmir. Çünki nə banklar, nə də bank olmayan kredit təşkilatları həmin adama kredit verməyəcək. Lombard isə verir. Əgər bank kreditləşməsi sahəsində yumşalma olsa, Mərkəzi Bank müəyyən etsə ki, qızıl-zinət əşyaları girov qoyula bilər, bank və ya bank olmayan təşkilatlarında vətəndaşın rəsmi gəlirlərinə baxılmamalıdır, bu boşluğu dolduracaq. Məsələn, mən 10 milyonluq qızıl qoyub 5 min kredit götürmək istəyirəm. Bank onu verə bilmir, çünki girov qoyan adamın rəsmi iş yeri yoxdur. Bu da problemdir. Amma bankların kredit şərtlərinin yumşalması vətəndaşlara sərf edəcək. Çünki bankların və bank olmayan kredit təşkilatlarının kredit faizləri lombardlardan aşağıdır”.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 d. əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
41 d. əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
Ən çox oxunanlar
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
























