PAŞA Bank: “Reytinq beynəlxalq arenada bizi düzgün qiymətləndirməyə kömək edir”

Mayın sonunda “Fitch Ratings” beynəlxalq reytinq agentliyi tərəfindən PAŞA Bankın reytinqi endirilmişdir. "Marja", Reytinq endiriminin əsl mahiyyətinin bazarda bəzi hallarda düzgün şərh edilmədiyini nəzərə alaraq, mövzuya aydınlığın gətirilməsi üçün PAŞA Bankın Xəzinədarlıq departamentinin direktoru Bəhruz Nağıyevə müraciət etdi.
-Bəhruz bəy, bu gün PAŞA Bank hansı reytinq agentliklərinin xidmətlərindən istifadə edir və reytinq nə üçün əldə edilir?
- Ölkənin ən iri banklarından biri olan PAŞA Bank dünyada tanınmış üç reytinq agentliyinin ikisinin – “Standard & Poor's”un və “Fitch Ratings”in xidmətlərindən istifadə edir. Reytinq əldə etməyimizin əsas səbəbi PAŞA Bankın xarici bazarlara çıxması və xarici kredit təşkilatları ilə əməkdaşlıq etməsi ilə bağlıdır. Reytinq agentlikləri beynəlxalq arenalarda bütün maliyyə institutlari tərəfindən obyektiv qiymətləndirici hesab olunan beynəlxalq institutlardir. Uzun müddətli məqsədimizin təkcə Azərbaycanda deyil, həm də beynəlxalq miqyasda inkişaf edib püxtələşməkdən ibarət olduğunu nəzərə alsaq, bu agentliklər tərəfindən kredit risklərimizin qiymətləndirilməsi bizi bu məqsədimizə daha da yaxınlaşdırır. Bu, xarici banklarla əməkdaşlıq qurmaq, münasibətləri daha da inkişaf etdirmək, xarici borclanmaq və sair məqsədlərimizə xidmət edir.
Bildiyimiz kimi, PAŞA Bankın Türkiyə və Gürcüstanda törəmə bankları fəaliyyət göstərir. Eyni zamanda, biz tez-tez beynəlxalq tədbirlərdə iştirak edirik və orada Bankımızı tanıtmağımız üçün reytinqin olması çox önəmlidir. Biz xarici kredit təşkilatlarına öz hesabatlarımız, rəqəmlərimiz ilə bağlı nə qədər əhatəli məlumat versək də, reytinqimizə dair məlumatları açıqladıqda onlar Bankımız və bankın kredit riski barədə daha aydın məlumat əldə etmiş olurlar. Reytinq tərifi beynəlxalq arenada ortaq “dildir”. Reytinqlər beynəlxalq arenada bizim düzgün qiymətləndirilməyimizə kömək edir.
Ümumiyyətlə, reytinq agentlikləri reytinqi təyin etmək üçün bankın maliyyə vəziyyəti ilə yanaşı, həm də ölkənin makro-iqtisadi və siyasi vəziyyətini də təhlil edirlər. Hal-hazırki vəziyyətdə “Standard & Poor's” agentliyi PAŞA Bankın uzunmüddətli “BB-” kredit reytinqini dəyişməz olaraq saxlamışdır. "Fitch Ratings" isə PAŞA Banka verdiyi reytinqi 2017-ci ilin iyun ayına qədər saxladığı “BB-” səviyyəsindən “B+” səviyyəsinə endirmişdir.
-“Fitch Ratings” agentliyinin PAŞA Bankın uzunmüddətli emitent defoltu reytinqini “BB-” səviyyəsindən “B+” səviyyəsinə endirməsinə baxmayaraq, proqnozu “Stabil” kimi qiymətləndirilib. Nə üçün agentlik Bankın reytinqinə yenidən baxmaq ehtiyacı hiss etdi? Ümumiyyətlə “B” və “BB” kateqoriyalı reytinq nəyi göstərir?
- Bu aspektə aydınlıq gətirmək istərdim. Agentlik "B" səviyyəsinin spekulativ olduğunu qeyd edir, lakin kredit riskinə deyil, makro-iqtisadi təlatümlərə istinad edir, eyni zamanda da biznes çevikliyinin adekvat olduğunu qeyd edir. Yəni, söhbət kredit riskindən daha çox makro-iqtisadi riskdən gedir. Bu isə o deməkdir ki, reytinqin aşağı salınması Bankımızın mövcud maliyyə vəziyyəti ilə deyil, məhz makro-iqtisadi vəziyyətə mənfi təsir edə biləcək ehtimal olunan proseslər ilə bağlıdır.
Öncə agentliklər reytinqin proqnozunu “Neqativ” təyin edərək gözləntilərinin mənfi olduğunu bildirmişdirlər. Azərbaycan Beynəlxalq Bankının xarici borclarının restrukturizasiyası planlarının açıqlanması agentlik tərəfindən ölkənin makro-iqtisadi vəziyyətinin qiymətləndirilməsinə və nəticədə bizim də reytinqimizin yenidən baxılmasına səbəb olmuşdur.
Həmçinin “Fitch” qeyd edir ki, PAŞA Bank sistem xarakterli bankdır və gələcəkdə Bankın hər hansı çətinliklərlə üzləşməsi ümumi bank sektoruna mənfi təsir edə bilər. Bundan başqa, "Fitch" ekspertləri hesab edirlər ki, Azərbaycan Beynəlxalq Bankının öhdəliklərini öz üzərinə götürən dövlətin borc yükü artacağından digər özəl banklar dövlət dəstəyindən tam yararlana bilməyəcəklər. Buna görə də, PAŞA Bankın dəstək səviyyəsi “5”dən (“tam dəstək”) “3”-ə (“düşünülüb dəstək verilə bilər”) dəyişdirilib.
-Bu gün PAŞA Bankın dövlətin maliyyə dəstəyinə ehtiyacı varmı? Və ya yaxın gələcəkdə belə bir dəstəyə ehtiyac ola bilərmi?
- PAŞA Bankın biznes yanaşması qeyri-neft sektoruna xidmət etməkdir. Ölkədəki iqtisadi çağırışlara baxmayaraq Bank 2016-ci ili uğurla başa vurmuşdur. Bütün bunlar gəlirlilikdən daha çox risklərin düşünülməsi və düzgün ölçülməsi, baş verə biləcək problemləri öncədən proqnoz edilərək preventiv tədbirlərin görülməsi nəticəsində baş vermişdir.
-Reytinqinin endirilməsi PAŞA Bank üçün bazar şərtlərinin ağırlaşması və müvafiq olaraq biznes fəaliyyətinin mənfi təsirlərə məruz qalması ilə nəticələnə bilərmi? Hazırda Bankın xarici öhdəliklərinin həcmi nə qədərdir?
- Reytinqimizin endirilməsi nəticəsində biznes fəaliyyətimizdə hər hansı bir geriləmə baş verməmişdir. Bizim xarici borclanmağımız xarici ticarətin maliyyələşdirilməsi alətləri ilə bağlıdır.
Eyni zamanda, reytinqin yenidən baxılması nəticəsində xarici maliyyə təşkilatlarının PAŞA Bank üçün müəyyən etdiyi şərtlərdə heç bir dəyişiklik baş verməmişdir və limitimizdə hər hansı bir azalma qeyd edilməmişdir. Təbii ki, xarici kredit təşkilatları reytinqin endirilməsinin səbəbini anlayir və bunun PAŞA Bankdan qaynaqlanmadığını bilirlər.
Banka məxsus 3,2 milyard manat aktivlər qarşısında, xarici borcumuz təxminən 28 milyon dollar, ümumi qarantiya portfelimiz isə təxminən 76 milyon dollar təşkil edir.
-"Standard & Poor's" tərəfindən Bankın reytinqinin endirilməsi gözlənilirmi? Və fikrinizcə Fitch reytinqinizi nə vaxt bərpa edə bilər?
- Bir neçə gün öncə “Standard & Poor's” Azərbaycanın reytinqini dəyişiklik etmədən təsdiq edib. Bu səbəbdən də, "Standard & Poor's" tərəfindən Bankın reytinqində hər hansı dəyişikliyin edilməsini gözləmirik.
Sualınızın ikinci hissəsinə gəldikdə isə, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən maliyyə sektorunun gücləndirilməsi üçün lazımlı addımlar atılır və hər iki agentlik bu dəyişiklikləri yaxından izləyir. İnanırıq ki, atılan addımlar maliyyə bazarına daha intensiv nəzarət ilə nəticələnəcək və bu inkişaf meylləri reytinq agentlikləri tərəfindən yenidən qiymətləndiriləcəkdir.
-Sonda PAŞA Bankın bu ilin ilk 5 ayını hansı göstəricilər ilə başa vurduğu barədə məlumat verməyinizi xahiş edirik?
- Kredit portfelimiz artır və artıq 932 milyon manata çatıb. Bank kapital adekvatlığını 20%, ani likvidliyini isə 60% səviyyəsində qoruyub saxlaya bilib. Qeyd edilmiş hər iki göstərici Mərkəzi Bankın tələblərini 2 dəfə üstələyib. Beş ayı əhatə edən audit olunmamış hesabata əsasən 36,5 milyon manat xalis mənfəətimiz var. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə eynidir. Hazırda Bank yeni törəmə maliyyə alətlərinin üzərində işləyir və yeni məhsulların mənfəətin daha da artmasına töhfə verəcəyi gözlənilir.
-Təfərrüatlı müsahibəyə görə təşəkkür edirəm.
-Müsahibəni apardı: Seymur Yunusov
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 d. əvvəl
AccessBank-dan “Sərbəst depozit”: Yüksək gəlir və tam sərbəstlik!
-
23 d. əvvəl
“Eurolux” mağazalar şəbəkəsinin rəhbəri dələduzluqla üzləşib
-
-
42 d. əvvəl
"Sahil" metrostansiyasının yaxınlığında yeni stansiya inşa ediləcək
- 53 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın mühəndislik şirkəti 10 milyon manatdan çox xalis mənfəət əldə edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
AYİB: ABŞ tarifləri Azərbaycanda ən çox alüminium ixracına təsir edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi qismən İT sistemlərini “Hökumət buludu”na köçürüb
-
2 saat əvvəl
Avropa Bankı Azərbaycan iqtisadiyyatı barədə proqnozunu dəyişdi - İQTİSADİ ARTIM YAVAŞLAYACAQ
-
2 saat əvvəl
Bakı metrosunun Müşahidə Şurasının üzvlərinin sayı artırılıb
Son Xəbərlər

AccessBank-dan “Sərbəst depozit”: Yüksək gəlir və tam sərbəstlik!

“Eurolux” mağazalar şəbəkəsinin rəhbəri dələduzluqla üzləşib

"Sahil" metrostansiyasının yaxınlığında yeni stansiya inşa ediləcək

"Port Baku"nun yanında metro stansiyası olacaq

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycan neftinin son qiyməti 72 dolları keçib

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi qismən İT sistemlərini “Hökumət buludu”na köçürüb
Ən çox oxunanlar

Avropa Bankı Azərbaycan iqtisadiyyatı barədə proqnozunu dəyişdi - İQTİSADİ ARTIM YAVAŞLAYACAQ

Bakı metrosunun Müşahidə Şurasının üzvlərinin sayı artırılıb

BYD Avropada Tesla-nı ardıcıl ikinci aydır geridə qoyur

Çinin avtomobil istehsalçısı Chery birjaya daxil oldu - SƏHMLƏRİ AÇILIŞDA BAHALAŞDI

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Tramp: "Necə gedir işlər? Yaxşıdır? Atışma yoxdur?"
