Bakı və Budapeşt Azərbaycan qazının Avropaya nəqlini müzakirə edib
Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında Enerji üzrə İşçi Qrupunun ikinci iclası keçirilib, iclasda qazın nəqli və bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
“İclasda Azərbaycan-Macarıstan arasında ikitərəfli enerji əməkdaşlığının cari vəziyyəti və mümkün əməkdaşlıq imkanları müzakirə olunub”, - Azərbaycan Energetika Naziriyindən məlumat verilir.
Xüsusilə, tərəflər Cənub Qaz Dəhlizi çərçivəsində iki ölkə arasında strateji əməkdaşlığın möhkəmləndirilməsi, Macarıstana təbii qaz nəqli imkanları, o cümlədən LNG və CNG nəqli və paylanması sahəsində əməkdaşlıq, Macarıstanın MOL Qrupunun Azərbaycandakı fəaliyyəti, 2 ölkənin enerji tənzimləyici qurumları arasında imzalanmış memorandumdan irəli gələn məsələlər, eləcə də enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində əməkdaşlığa dair müzakirələr aparıblar. İclas çərçivəsində Azərbaycanda bərpa olunan enerji potensialı və bu potensialın reallaşdırılması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı təqdimat nümayiş etdirilib.
Macarıstan Hökuməti tərəfindən İşçi Qrupunun sədri, Enerji və İqlim məsələləri üçün xüsusi tapşırıqlar üzrə səfir Dora Zombori Budapeştin Azərbaycanla enerji sahəsində əməkdaşlığının inkişafına xüsusi önəm verdiyini bildirib.
Sonda Enerji üzrə İşçi Qrupunun ikinci iclasının yekunlarına dair protokol imzalanıb. İşçi Qrupunun növbəti iclası Macarıstanda keçiriləcək.
Xəbər verildiyi kimi, Macarıstan 2020-ci ilin ortalarından Azərbaycan qazının alışına ümid edir. Alışın həcmi illik 2 milyard kubmetrədək təşkil edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 23 d. əvvəl
- 26 d. əvvəl
- 28 d. əvvəl
- 29 d. əvvəl
- 32 d. əvvəl
- 32 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib






.jpg)
.jpg)











.jpg)
