Bu avtomobillər heç bir nasazlıq olmadan 30.000 km qət edir
“Hyundai Motor” məşhur “Auto Build” jurnalının 2016-cı il buraxılışı üzrə keyfiyyət reytinqində birinci yeri tutub.
“Marja” xəbər verir ki, avtomobil sənayesinin ən nüfuzlu müsabiqələrindən biri üzrə bu qələbə, Hyundai-ın son yeddi il ərzində əldə etdiyi üçüncü belə uğurudur. Daha öncə Hyundai avtomobilləri “Auto Build” jurnalının 2010 və 2011-ci illəri üzrə etibarlılıq reytinqdə ən yaxşılar sırasında idi.
Hər il “Auto Bild” jurnalı müştərilərin rəyləri və sorğuları əsasında, eləcə də avtomobillərin kompleks sınaqdan keçirilməsilə keyfiyyət və etibarlılıq qiymətləndirmələrini həyata keçirir.
“Hyundai Motor”un “Auto Build” üzrə ümumi balı 5 baldan 2.14-dür. Bu çox yaxşı göstəricidir. Hyundai Motor ötən illə müqayisədə üçüncü yerdən iki addım irəliləyərək, birinci pilləyə yüksəlmişdir.
Jurnal mütəxəssisləri avtomobillərin sınağı zamanı Hyundai modellərinin nəticələrinə heyran qalmışlar. Hyundai i30 modeli 100 000 km-dən artıq məsafə qət edən avtomobillər arasındakı keyfiyyətə görə "1"-ci pilləyə yüksələrək, “Auto Build” reytinqlərinin bütün tarixi üzrə resurs sınaqları zamanı ən yaxşı avtomobilinə çevrilmişdir.
Almaniyada təşkil olunan avto sınaqların nəticələrinə əsasən, Hyundai i30 yeganə nümunə deyil. “Auto Build”dəki qeydlərə əsasən: "Hyundai son illər ərzində keyfiyyətin yüksəldilməsi ilə fəxr edə bilər. Şirkət avtomobillərinin müsbət imici heç bir nasazlıq olmadan 30.000 km məsafə qət edən i10 və Tucson modellərinin nəticələrini təsdiq edir".
"Keyfiyyət, Hyundai brendinin strategiyasının başlıca elementidir. Hyundai-ın, “Auto Build” jurnalının keyfiyyət göstəriciləri üzrə birinci pilləyə yüksəlməsi, “Hyundai Motor”un təcrübə və texniki səviyyəsinin bariz nümunəsidir. Bu bizim 2020-ci ilədək Avropa qitəsi üzrə aparıcı brendə çevrilmək təşəbbüsümüzlə bağlı nailiyyətlərimizi əks etdirir" - deyə “Hyundai Motor Avropa”nın texniki direktoru Tomas Şmidt qeyd edib.
“Auto Bild” 2001-ci ildən etibarən aparıcı avtomobil brendlərinin keyfiyyət və etibarlılıq reytinqini tərtib edir. Qiymətləndirmənin önəmli elementlərindən biri müştəri məmnuniyyətidir. Jurnal rəylərini təqdim edən bütün şirkətlərin fikirlərini və il ərzində təmir olunan avtomobilləri, eləcə də nəqliyyat vasitələrinin ümumi yoxlanışı üzrə qanunvericiliyə cavabdeh olan Almaniya Texniki nəzarət bürosunun hesabatının nəticələrini qiymətləndirir. Yekun reytinq zamanı “Auto Build” məlumat bazası əsasında 100 000 km yürüş etmiş avtomobillərin sınaqlarının göstəricilərini, eləcə də zavod sınaqlarının nəticələrini nəzərə alınır. Reytinqin tərtibi zamanı avtomobillərin sahiblərinin məmnunluq səviyyəsini nümayiş etdirən və mümkün nasazlıq göstəricilərini əks etdirən fikirlərinin sayı da nəzərə alınır. Müştəri məmnunluğu “Forsa” ictimai fikir araşdırmaları institutunun 8575 avtomobil sahibinin sorğusuna əsasən qiymətləndirilib. Nəhayət “Auto Build”, istehsalçıların yeni avtomobilləri üzrə zəmanət dövrünü qiymətləndirir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 4 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
12 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)






.jpg)


.jpg)









