Azərbaycan Türkiyədən gətirilən 64 ton bibəri geri qaytarıb
Türkiyənin Artvin vilayətindən Azərbaycana ixrac olunmuş 64 ton təzə bibər, bitki mənşəli xəstəlik aşkar edilməsi səbəbi ilə geri qaytarılıb.
Bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan tərəfi Artvin vilayətinin Kənd Təsərrüfatı və Meşə Müdirliyinin verdiyi fitosanitar sertifikatı bundan sonra qəbul etməyəcəyi barədə qarşı tərəfi məlumatlandırıb. Bundan sonra Türkiyədən Azərbaycana bibər, eləcə də pomidor, badımcan, toxum, ting və meyvə yeni şərtlərlə ixrac olunacaq. İxracatçı şirkət bunun üçün ayrıca sağlamlıq sertifikatı təqdim etməlidir.
Azərbaycanın bu qərarından sonra Türkiyənin Kənd və Meşə Təsərrüfatı Nazirliyi təcili tədbirlər görüb. Belə ki, Azərbaycana ixrac olunacaq meyə-tərəvəz tamamilə analiz edilməlidir. Bundan əvvəl isə yalnız bir neçə yük maşınında olan məhsullardan nümunələr götürülərək təhlil edilirdi.
Aralıq dənizi İxracatçılar Birliyinin ölkə üzrə məlumatına görə, Azərbaycan Türkiyənin 2020-2021-ci illər arasında sitrus meyvələri ixrac etdiyi ilk 20 ölkə arasında 16-cı yerdədir. Ötən il Azərbaycana sitrus meyvələrinin ixracı əvvəlki illə müqayisədə həcm olaraq 61%, dəyər olaraq isə 33% artıb.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)












.jpg)





