VTB (Azərbaycan) nağd kreditin maksimal məbləğini artırdı
VTB (Azərbaycan) müştərilər üçün nağd kredit üzrə maksimal məbləği 40 min manata çatdırıb.
Bankın Mətbuat xidmətindən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, krediti almaq üçün yalnız şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir, gəliri və məşğulluğu təsdiq edən sənədlər, habelə zamin tələb olunmur.
İndi VTB (Azərbaycan)-dan nağd krediti 300 manatdan 40 000 manatadək 6 aydan 60 aya qədər müddətə əldə edə bilərsiniz. Kredit üzrə faiz dərəcələri 15%-dən başlayır. Onu da nəzərə çatdıraq ki, Bank müştəridən kreditin rəsmiləşdirilməsi üzrə komissiya tutmur. Yenidən maliyyələşdirmə proqramı çərçivəsində digər banklardan alınan bir neçə krediti birləşdirə, onlar üzrə olan borcu ödəyə, həmçinin əlavə vəsait əldə edə bilərsiniz.
“VTB (Azərbaycan) üçün müştərilərin müraciətlərinə vaxtında cavab vermək, onları lazımi vəsaitlə təmin etmək strateji əhəmiyyət kəsb edir. Bankın məhsullarına tələbat durmadan artır – 2021-ci ildə nağd pul krediti üzrə portfel 3,1 dəfə artaraq 53,5 milyon manata çatıb. Bank məhsullarına bu qədər artan marağı nəzərə alaraq, inanırıq ki, yeni təklifimiz borcalanlar üçün aktual olacaq və onların maliyyə problemlərini vaxtında həll etməyə imkan verəcək. Qeyd edək ki, istehlak kreditləşməsinin artması ilə biz müştərilərimizin borc yükünü yaxından izləyir, onların borclanmasının qarşısını alırıq. Hazırda bankın vaxtı keçmiş borclar portfeli məqbul dəyərdədir”, - deyə, VTB (Azərbaycan)-ın İdarə heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeniy Borodin bildirib.
Müştərilər kredit müraciətini bankın veb-saytına, Facebook və WhatsApp messencerlərindəki Direct çat-banka, həmçinin bankın 986 qısa nömrəli əlaqə mərkəzinə müraciət edərək ünvanlaya bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 15 d. əvvəl
- 28 d. əvvəl
-
- 32 d. əvvəl
- 35 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
























