"Bank of Baku"nun xalis mənfəəti 2 dəfəyə yaxın artıb
"Bank of Baku" ASC 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Bank of Baku" 2021-ci ili 23 milyon 60 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ili 12 milyon 673 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Bank of Baku"nun xalis mənfəəti 1,8 dəfə artıb. Artımın səbəbi Bankın gəlirlərinin artması və mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatdan azad olmuş vəsaitdir.
2021-ci ildə "Bank of Baku"nun cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 77 milyon 873 min manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 23,6% (və ya 14 milyon 873 manat) çoxdur. 2020-ci ildə Bankın cəmi əməliyyat gəlirləri 63 milyon manat təşkil etmişdi.
2021-ci ildə "Bank of Baku"nun cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 57 milyon 287 min manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 15,8% (və ya 7 milyon 815 min manat) çoxdur. 2020-ci ildə Bankın cəmi əməliyyat xərcləri 49 milyon 472 min manat təşkil etmişdi.
2020-ci ildə "Bank of Baku"nun əməliyyat mənfəəti 13 milyon 528 min manat ikən, 2021-ci ildə 20 milyon 586 min manat təşkil edib. Eyni zamanda, ötən il mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatdan azad olmuş 11 milyon 124 min manat mənfəətə əlavə olunub. Nəticədə mənfəət vergisi ödənilənədək mənfəət 31 milyon 710 min manat təşkil edib. "Bank of Baku" ötən il 8 milyon 650 min manat mənfəət vergisi ödədiyindən ili 23 milyon 60 min mana xalis mənfəət ilə başa vurub.
AKTİVLƏRİ 500 MİLYON MANATA YAXINLAŞIB
31 Dekabr 2021-ci il tarixində "Bank of Baku" ASC 497 milyon 495 min manat cəmi aktivlərə, o cümlədən 413 milyon 861 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank 2020-ci ilin sonunda 409 milyon 563 min manat cəmi aktivlərə və 337 milyon 946 min manat kredit portfelinə malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 14 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?






















