2022-ci ilin birinci rübündə Rusiyada avtomobillərin qiymətləri 10-15% arta bilər

"Bankavto"nun (bankın avtomobil alqı-satqısı üçün rəqəmsal platforması) araşdırmasına görə, 2022-ci ilin birinci rübündə Rusiyada avtomobillərin qiymətləri 10-15% arta bilər.
Marja araşdırmaya istinadən xəbər verir ki, artıq 2022-ci ilin əvvəlindən bəzi avtomobil modellərinin qiymətləri 4-6% artıb.
“Bütün bunlar onu göstərir ki, distribyutorlar 2021-ci ildə satışların azalması zamanı yaşadıqları maliyyə itkilərini kompensasiya etmək üçün bu şəkildə cəhd etməyə davam edəcəklər. Bazarda əsas problem həll olunmayacağından (yarımkeçiricilərin olmaması səbəbindən avtomobil qıtlığı) çətin ki, qiymət artımı dayansın. Ona görə də birinci rübdə biz çox güman ki, avtomobil qiymətlərində 10-15% artım müşahidə edəcəyik”, - deyə "Bankavto" qeyd edib.
Ekspertlər 2021-ci ildə ən populyar yeni avtomobillərin orta qiymətlərinin necə dəyişdiyini təhlil ediblər. Beləliklə, Rusiya Federasiyasının avtomobil bazarının ən yaxşı 20 modeli 13% -dən çox bahalaşıblar. Rusiya Avtomobil Bazarı Araşdırmasının məlumatlarının təhlilinə əsasən, 2021-ci ilin nəticələrinə görə, Renault Sandero il ərzində ən çox qiyməti artan modeldir (+27,1%). İkinci yerdə Lada Largus (26,1%), üçüncü yerdə Lada Niva Legend (+23,4%), dördüncü yerdə Renault Duster (+21,5%), beşinci yerdə Renault Logan sedanı (+19,4%) gəlir. Altıncı yerdə Kia K5 avtomobili qərarlaşıb, onun orta qiyməti 2020-ci ilin dekabr ayı ilə müqayisədə 19% artıb.
İki Lada sedanı - Vesta və Granta il ərzində təxminən bərabər nisbətdə 18% bahalaşıblar.
Reytinqə görə, ötən il Kia Sportage krossoveri 18%), Nissan Qashqai 17,4% bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
