"Qarşıdan kütləvi defoltlar gəlir"
2022-ci ildə dünyanın kasıb ölkələri kreditlərlə bağlı ödəmələri xeyli artırmalı olacaq. Belə ki, kasıb ölkələrin 60 %-inə qədərinin borcları restrukturlaşdırılmalıdır.
“Financial Times” xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında bildirilir.
Belə ki, dünyanın 74 kasıb ölkəsi borcları ilə bağlı 2020-ci ildə ödədikləri vəsaitdən 10,9 milyard ABŞ dolları (45 %) çox məbləğ ödəməli olacaqlar. Nəticədə bir çox hallarda defolt baş verəcəyi qeyd olunur.
Defolt ehtimalının ən yüksək olduğu ölkə Şri-Lanka, daha sonra isə Qana, El Salvador, Honduras olduğu bildirilir. Hesabat müəlliflərinə görə, bu borc böhranının başlıca səbəbi kasıb ölkələrin pandemiya dövründə beynəlxalq təşkilatlardan yox, kapital bazarında vəsait götürdükləridir. Hazırda isə, Dünya Bankının prezidenti David Malpassın qeyd etdiyi kimi, kasıb ölkələrin borclar üzrə ödəniş etmək üçün lazımi ehtiyatları yoxdir.
Hazırkı vəziyyətdə borclu ölkələrin daha böyük böhrandan yayınmaq üçün yeganə çarəsi kreditor ölkələrlə, sonra isə özəl kreditorlarla danışıqlar apararaq şərtlərin yumşaldılmasına nail olmaqdır. Bu qərara artıq Çad, Zambiya, Efiopiya gəliblər.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
“Report”
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
-
2 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 6 saat əvvəl
-
6 saat əvvəl
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
-
7 saat əvvəl
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
-
7 saat əvvəl
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Ən çox oxunanlar
ABŞ-da iş yerlərinin yaradılması kəskin şəkildə yavaşlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
BTC üzrə operatorluq SOCAR-a təhvil verildi
“Azərxalça”da 25 milyon manata yaxın zərər yığılıb - Şirkət yenə zərərdən çıxa bilməyib
Bakı Fond Birjasında böyük zərər: gəlir artıb, nəticə pisləşib
Azərbaycana Avropadan turist axını 8 % artıb






















