Türkiyə məzənnə artımı ilə əlaqədar yeni əmanət qaydalarının tətbiqinə başlayır - ƏRDOĞAN AÇIQLADI
Türkiyədə hökumət əhaliyə təklif edir ki, siz bankda əmanətlərinizi Türk Lirəsində saxlayın. Əgər əmanətinizdən illik gəlir (faiz), xarici valyutaların (əsasən dolların) bahalaşması faizindən az olarsa aradakı fərq əmanətçilərə ödəniləcəkdir.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra kameralar qarşısına keçərək mühüm açıqlamalar verib.
Marja.az xəbər verir ki, Ərdoğan çıxışında Türk Lirəsi (TL) əmanətləri üzrə tətbiq ediləcək yeni tələbləri (yeni aləti) açıqlayıb.
Ərdoğan, "Məzənnə artımı ilə bağlı narahatlıqlarını aradan qaldırmaq istəyən vətəndaşlarımıza yeni maliyyə alternativi təklif edirik. Bu yeni alət aşağıdakı kimi işləyəcək: İnsanlarımızın bankdakı Türk Lirəsi əmanətlərinin faiz gəlirliliyi məzənnə artımından yüksək olarsa, bu gəliri alacaqlar. Əgər məzənnənin artması əmanətin qazancından yuxarı olarsa, fərq birbaşa vətəndaşlarımıza ödəniləcək və bu gəlir vergisindən azad olunacaq. Bundan sonra heç bir vətəndaşın əmanətlərini sırf məzənnə yüksək olacağı üçün Türk Lirəsindən xarici valyutaya dəyişməyə ehtiyacı qalmayacaq”,- deyib.
Türkiyə Prezidenti bildirib ki, valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar qiymət verməkdə çətinlik çəkən ixracat şirkətlərinə Mərkəzi Bank vasitəsilə forvard məzənnələri veriləcək. Məzənnə fərqi ixracatçı şirkətlərə TL ilə ödəniləcək (Məsələn, Mərkəzi Bank ixracatçıya deyəcək ki, siz Dollar/TL məzənnəsini 18 lirədən götürərək qiymət verin. Əgər gələcəkdə məzənnə 19 lirəyə yüksələrsə, aradakı fərq Mərkəzi Bank tərəfindən ixracatçıya ödəniləcəkdir).
Ərdoğan qeyd edib ki, Türkiyədə yastığın altında dəyəri 280 milyard dollar olan 5 min ton qızıl var. Bu qızılları maliyyə sisteminə daxil etmək və iqtisadiyyata gətirmək üçün bazarın maraqlı tərəfləri ilə birlikdə yeni alətlər hazırlanacaq.
Şirkətlərin dividend ödəmələri üzrə vergini 10%-ə endirəcəklərini qeyd edən Ərdoğan, həmçinin vurğulayıb ki, Türkiyənin azad bazar iqtisadiyyatı və valyuta rejimindən zərrə qədər də geri çəkilmək niyyəti yoxdur.
TÜRK LİRƏSİ BAHALAŞIB
Prezidentin açıqlamasından əvvəl 9,2% artımla 18 lirəyə yaxınlaşmış Dollar/TL məzənnəsi, Ərdoğanın çıxışından sonra 26% düşərək 13,19 lirəyədək geriləyib (Bu gün Bakı vaxtı ilə saat 08:00-a olan məlumat).
XXX
TL mevduatları için yeni düzenleme
"Tasarruflarını değerlendirirken kurdaki yükselişten kaynaklanan kaygılarını gidermek isteyen vatandaşlarımıza yeni bir finansal alternatif sunuyoruz. Bu yeni araç şöyle işleyecektir; insanlarımızın bankadaki TL varlığını, mevduat kazancı kur artışından yüksekse bu getiriyi elde edecek. Kur getirisi mevduat kazancının üstünde ise aradaki fark doğrudan vatandaşımıza ödenecek bu kazanç stopaj vergisinden muaf tutulacak.
Bundan sonra hiçbir vatandaşımızın kur daha yüksek olacak diye mevduatını TL'den Dövize geçirmesine ihtiyaç kalmayacak.
Döviz kurundaki dalgalanma sebebiyle fiyat vermekte zorlanan ihracatçı firmalarımıza Merkez Bankası aracılığı ile ileri vadeli kur rakamı verilecek. Kur farkı TL olarak ihracatçı firmamıza ödenecek".
Ülkemizde yastık altında 280 milyar dolar değere sahip 5 bin ton altın bulunduğu bilinmektedir. Bu altınların finansal sisteme dahil edilerek ekonomiye kazandırılması için piyasa paydaşlarıyla birlikte yeni araçlar geliştirilecektir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
2 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
12 d. əvvəl
“PAŞA Bank” və “Deloitte” “Best Managed Companies Azerbaijan 2026” layihəsi üzrə görüş keçirdi
- 43 d. əvvəl
-
48 d. əvvəl
Azərbaycan iqtisadiyyatı 2025–2027-ci illərdə orta hesabla 2,4 % artacaq
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nağdsız ödənişlər artdıqca, vergi yükü azalacaq - Restoran və kafe sahiblərinin diqqətinə
-
1 saat əvvəl
Badam bağlarına dəymiş zərər üzrə 200 min manat sığorta ödənişi edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
“Regional Su Meliorasiya Xidməti”nə icrası məcburi olan göstəriş verildi - "Keyfiyyəti artırın, qanuni tarifləri tətbiq edin"
ABB “İlin əqdi” mükafatını qazandı!
Ən çox oxunanlar
Nağdsız ödənişlər artdıqca, vergi yükü azalacaq - Restoran və kafe sahiblərinin diqqətinə
AFB Bank-dan cəmi 1 iş gününə “Sürətli Tender Qarantiyası”
“Bir Kredit BOKT” böyüyüb - KAPİTALI 100 MİLYON MANATA YAXINLAŞIB
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Mercedes-Benz Hibrid: İndinin ən düşünülmüş qərarı
“LEGIS”lation qanunvericiliyə dəyişiklik layihəsinə start verilib - Qeydiyyatdan keçməyə tələsin!
















.jpg)



