Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

3 iri şirkət elektrik enerjisi doldurma məntəqələri şəbəkəsini yaradacaq - 500 MİLYON AVRO SƏRMAYƏ

Volvo, Daimler Truck və Traton elektrik enerjisi doldurma məntəqələri şəbəkəsini inkişaf etdirmək üçün birgə müəssisə yaratmaq planını təsdiqləyiblər.
iç səhifə xəbər başlığı altı (mobil)_31
3 iri şirkət elektrik enerjisi doldurma məntəqələri şəbəkəsini yaradacaq - 500 MİLYON AVRO SƏRMAYƏ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yük maşını istehsalçıları Volvo, Daimler Truck və Traton Avropada ağır yük maşınları və avtobuslar üçün yüksək səmərəli enerji doldurma məntəqəsi şəbəkəsini inkişaf etdirmək üçün birgə müəssisə (BM) planını təsdiqləyiblər. 

Marja.az xəbər verir ki, bu barədə cümə axşamı Reuters məlumat yayıb.

Birgə müəssisə qeydiyyata alındıqdan sonra şirkətlər magistral yolların və logistika mərkəzlərinin yaxınlığında 1,7 min enerji doldurma məntəqəsi şəbəkəsinin yaradılması üçün beş il ərzində 500 milyon avro sərmayə qoymağı planlaşdırır. 

Stansiyaların bərpa olunan "yaşıl" elektrik enerjisi ilə işləyəcəyi gözlənilir. Onların quraşdırılması üzrə işlərin başlanması 2022-ci ilə planlaşdırılır.

Birgə müəssisənin qərargahı Amsterdamda yerləşəcək.

Traton - MAN, Scania və Volkswagen-ə məxsus kommersiya avtomobilləri istehsalçılarından biridir.

16.12.2021 17:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18

Ən çox oxunanlar