“Nur” şirniyyat istehsalı müəssisəsində kobud pozuntular aşkar edilib
Qida Təhülkəsizliyi Agentliyinin əməkdaşları Şəki şəhəri, Sabit Rəhman küçəsi 69 ünvanında yerləşən, Nuhzadə İlqar Məmmədhənifə oğluna məxsus “Nur” şirniyyat istehsalı müəssisəsində planlı yoxlama keçirib.
AQTA-dan verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının, gigiyena normativlərinin kobud şəkildə pozulduğu aşkar edilib. Belə ki, satışa təqdim olunan şirniyyat məhsullarının üzərində zəruri məlumatların qeyd edilmədiyi, xammal kimi istifadə olunan məhsulların birbaşa istehsal sahəsində saxlanıldığı, həmçinin istehsal sahəsində sobanın üzərində ventilyasiya sisteminin quraşdırılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi, dezinfeksiya, deratizasiya, dezinseksiya işlərinin aparılmadığı məlum olub.
Aşkar olunmuş nöqsanlarla bağlı sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)









