Azərbaycanda noyabrda daha az avtomobil yığılıb, anbarlarda say artıb
Azəbaycanda avtomobil istehsalı oktyabrdakı 346 ədəddən noyabrda 130 ədədə geriləyib.
2021-ci ilin yanvar-noyabr aylarında (11 ayda) Azərbaycanda 1992 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,3% çox (və ya 350 ədəd çox) minik avtomobili istehsal olunub (yığılıb).
2021-ci ilin yanvar-oktyabr aylarında (10 ayda) Azərbaycandaa 1862 ədəd minik avtomobili istehsal edilmişdi. Beləliklə, noyabrda Azərbaycanda 130 ədəd minik avtomobili istehsal edilib. Sentyabrda Azərbaycandakı müəssisələr tərəfindən 302 ədəd, oktyabrda isə 346 avtomobil buraxılmışdır.
Marja Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 01.12.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 381 ədəd təşkil edib. 01.11.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 365 ədəd təşkil etmişdi.
TRAKTOR İSTEHSALI KƏSKİN ARTIB
2021-ci ili yanvar-noyabr aylarında Azərbaycanda 365 ədəd traktor istehsal edilib. İstehsal ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artıb. 01.12.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 55 ədəd təşkil edib.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda 1949 ədəd və ya 2019-cu illə müqayisədə 411 ədəd az minik avtomobili, 300 ədəd və ya 2019-cu illə müqayisədə 66.9% az traktor istehsal edilmişdi.
Qeyd edək ki, Azərbaycanda minik avtomobilləri Neftçala, Hacıqabul və Naxçıvanda, traktorlar isə Gəncədə istehsal edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
