Rusiya şirkəti Azərbaycanın böyük banklarından biri ilə əməkaşlıq edəcək
Ödəniş və maliyyə xidmətləri göstərən Rusiyanın QIWI şirkəti yaxın zamanlardan Azərbaycanın ən böyük banklarından biri ilə əməkdaşlıq çərçivəsində ölkənin bank sektorunda da fəaliyyətə başlayacaq.
QIWI şirkətinin Maliyyə Xidmətlərinin Satışı Departamentinin direktoru Roman Çerkayev bildirib ki, planlaşdırılan əməkdaşlıq həmin Azərbaycan bankının müştəriləri üçün ödənişləri əhəmiyyətli dərəcədə asanlaşdırmağa imkan verəcək.
Lakin hələ tam razılıq əldə olunmadığından sözügedən bankın adı açıqlanmır.
“Hesab edirəm ki, ölkənizin bank sektorunda yüksək texnoloji rəqəmsal ödəniş alətləri baxımından müsbət və dayanıqlı artım gözlənilir”, - o əlavə edib.
Həmçinin oxu
Azərbaycanda iki reklam şirkəti birləşdiR.Çerkayev bildirib ki, 5-ci “Nağdsız iqtisadiyyat” Beynəlxalq Bank Forumu sayəsində yeni layihələr və onlarla bağlı müqavilələrin bağlanması gözlənilir.
Onun sözlərinə görə, bu cür görüşlər bank bazarının rəqəmsallaşdırılması üzrə çağırışları müzakirə etməyə, perspektivli layihələrin icrası üzrə addımları razılaşdırmağa imkan verir.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
4 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
8 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq


















