Qazaxıstanda xarici valyutaya tələb artıb - MİLLİ BANKDAN 239 MİLYON DOLLARLIQ MÜDAXİLƏ
Qazaxıstan Milli Bankı noyabrda 239 milyon dollar məbləğində valyuta intervensiyaları həyata keçirib.Noyabrın sonunda Qazaxıstan Milli Bankı 239 milyon dollar məbləğində valyuta intervensiyaları (qarışmaq, müdaxilə etmək) həyata keçirib ki, bu da bazarda valyutaya tələbatın artması ilə əlaqədar olub.
Marja.az xəbər verir ki, bu barədə cümə axşamı hökumətin iclasında maliyyə tənzimləyicisinin sədri Yerbolat Dosayev məlumat verib.
“Qeyri-müəyyənlik və xarici şəraitin kəskin pisləşməsi şəraitində fiziki və hüquqi şəxslər tərəfindən xarici valyutaya tələb xeyli artıb. Təngənin sabitliyini pozan dalğalanmaların qarşısını almaq üçün Milli Bank 2020-ci ilin oktyabrından bəri ilk dəfə olaraq noyabrın son günlərində 239 milyon dollar məbləğində valyuta intervensiyaları həyata keçirib”.
Bundan əvvəl Milli Bank məlumat vermişdi ki, dekabrın 2-də xarici valyutaya tələbin təklifi xeyli aşması fonunda 64,6 milyon dollar məbləğində valyuta intervensiyaları həyata keçirib.
Tənzimləyicinin sədr müavini Aliyə Moldabekovanın sözlərinə görə, bu, spekulyativ əhval-ruhiyyənin artmasının və məzənnədə sabitliyi pozan sıçrayışların qarşısını almağa imkan verib.
Həmçinin Dossaev bildirib ki, bu il əsas təşəbbüslərdən biri milli rəqəmsal valyutanın - rəqəmsal tengenin tətbiqi üzrə pilot layihədir.
“Dövlət başçısının sərəncamı ilə Milli Bank 2022-ci il iyulun 1-dək rəqəmsal tengenin tətbiqi ilə bağlı qərar qəbul etmək üçün model hazırlayacaq. 2022-ci ilin dekabrında rəqəmsal tengenin tətbiqi zərurəti ilə bağlı yekun qərar veriləcək”, - deyə o bildirb. Pilot layihənin nəticələrinə dair yekun hesabat bu il dekabrın 15-də dərc olunacaq.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























