Dövlət vəsaiti hesabına ipoteka kreditləşməsində rekord - 4800-DƏN ÇOX KREDİT
Cari ilin 11 ayında İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 325 milyon manat məbləğində 4880-dən çox Azərbaycan vətəndaşına ipoteka, o cümlədən güzəştli ipoteka krediti verilmişdir ki, bu da Fondun fəaliyyətə başladığı 2006-cı ildən etibarən ən yüksək göstəricidir.
Fondun yaydığı məlumatda bildirilir ki, 2020-ci ilin anoloji dövrü ilə müqayisədə verilmiş kreditlərin sayında 44% faiz artım müşahidə olunmuşdur. İlin sonunadək qeyd olunan göstəricinin bir qədər də artması gözlənilir.
Ümumilikdə, bugünədək Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1 milyard 969 milyon manatı, bu kreditlər hesabına öz yaşayış şəratini yaxşılaşdırmış ailələrin sayı isə 36 mini ötüb.
Verilmiş kreditlərin təxminən 34%-i (642 mln. manat) güzəştli kateqoriyalara aid şəxslərə, 69%-i isə gənclərə və gənc ailələrə verilmişdir. Regionda verilən kreditlərin payı 22% təşkil etmişdir.
Cari ildə güzəştli ipoteka kreditləri vasitəsilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin satışının dəstəklənməsi də davam etdirilib və 2021-ci ildə 1063 güzəştli mənzilin alınması üçün 44,6 milyon manat məbləğində güzəştli ipoteka krediti verilib. Ümumilikdə 2018-ci ildən etibarən güzəştli mənzillərin maliyyələşdirilməsi üçün 2725 şəxsə 118,1 milyon manat həcmində güzəştli ipoteka krediti, 38 şəxsə isə 1,3 milyon manat məbləğində adi ipoteka krediti verilib.
"Xüsusilə qeyd etmək lazımdır ki, dövlət dəstəyi hesabına ipoteka kreditlərinin, eləcə də güzəştli ipoteka kreditlərinin əlverişli şərtlərlə verilməsi bu kreditlərə yüksək tələbin formalaşmasına səbəb olub. Belə ki, təkcə 2021-ci ilin 11 ayı ərzində ipoteka kreditləri üzrə ödənişqabiliyyətli tələb 1,1 milyard manatdan çox olub. İpoteka kreditlərinə formalaşmış tələbin qarşılanması məqsədilə Fond tərəfindən müvafiq resurslar çərçivəsində mümkün tədbirlər həyata keçirilir",- Fondun məlumatında deyilir.
Əlavə olaraq qeyd edilib ki, ipoteka kreditlərinin həcmində müşahidə olunan əhəmiyyətli artım Fondun mövcud kredit portfelinin keyfiyyətinə təsir göstərməyib. Tətbiq olunan ciddi standartlar və adekvat qiymətləndirmə əsasında Fondun kifayət qədər sağlam kredit portfeli formalaşıb. Hazırda kredit portfelində problemli kreditlər yoxdur, bu da həm ölkənin maliyyə-bank sistemində, eləcə də beynəlxalq təcrübədə ən yaxşı göstərici hesab olunur.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
1 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İri bank 2027-ci ilin ortalarına qədər qızılın bir unsiyasının qiymətinin 5100 dollara çatacağını proqnozlaşdırır
"Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
İDEAL KREDİT BOKT-da işçi sayı il ərzində 67 faiz artıb
Lizinq şirkəti BOKT yaradır
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Ən çox oxunanlar
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir



























