Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Freedom Holding" Amerikanın broker şirkəti "MKM Partners"i alır

AzVak-mobil_resmin_ustu_31
"Freedom Holding" Amerikanın broker şirkəti "MKM Partners"i alır

"Freedom Finance"ın ana şirkəti "Freedom Holding Corp" Amerikanın broker şirkəti "MKM Partners"i  satın almaq üçün müqavilə imzalayıb.

Marja.az xəbər verir ki, "MKM Partners" ABŞ-ın ən böyük broker şirkətlərindən biridir. Şirkət fond bazarında ticarət əməliyyatları ilə məşğul olur, analitik araşdırmalar aparır, daşınmaz əmlak obyektlərinin qiymətləndirilməsini aparır. Şirkətin baş ofisi ABŞ-ın Konnektikut ştatının Stamford şəhərində yerləşir.

Razılaşmanın şərtlərinə görə, sövdələşmə nağd pul və "Freedom Holding Corp"un adi səhmləri ilə ödəniləcək. Sövdələşmə Amerikada qiymətli kağızlar bazarında tənzimləyicisi - FINRA tərəfindən təsdiqlənməlidir.

“MKM Partners" institusional qiymətli kağızlar ticarəti, birja ticarəti və bazar araşdırması sahəsində 30 ildən artıq təcrübəyə malik "Wall Street" firmasıdır. O, ABŞ-da ən böyük şəbəkələrdən birinə və yüksək peşəkar analitik komandaya malikdir. Bu sövdələşmə sayəsində biz beynəlxalq fəaliyyətimizi gücləndirə və Amerika bazarında mövcudluğumuzu genişləndirə biləcəyik”, - deyə “Freedom Finance”ın təsisçisi və “Freedom Holding Corp.”un baş direktoru Timur Turlov müqaviləni şərh edib.  

"Freedom Holding Corp" dünyanın on ölkəsində maliyyə xidmətləri göstərir. Holdinqin səhmləri  NASDAQ-da ticarət olunur. Şirkətin kapitallaşması 4 milyard dolları ötür. "Freedom Holding Corp"un fəaliyyəti BŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) tərəfindən tənzimlənir.

"Freedom Holding Corp"  2021-ci  ilin fervral ayda 152 min ABŞ  dollar nizamnamə kapitalı ilə "Freedom Finance Azerbaijan" MMC şirkətini təsis edib. Azərbaycan nümayindəliyi 9 nəfər əməkdaşı ilə fond bazarları haqqında intensiv təlimlər təşkil edir.

Freedom-Finance Freedom-Holding MKM-Partners
04.12.2021 08:40
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19