Rabitəbank şəhid ailəsinə dəstək oldu!
(®) Ölkənin aparıcı banklarından biri Rabitəbank Koporativ Sosial Məsuliyyət çərçivəsində təşəbbüskar addımlarını davam etdirir.
Rabitəbank, xüsusən aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə həyata keçirilən özünüməşğulluq tədbirlərində aktiv iştirak edir. Bu günlərdə Rabitəbank tərəfindən şəhid ailəsinin də olduğu daha belə 3 ailəyə dəstək göstərilib.
Belə ki, Bakı sakini Nəzərli Eşqin Vüqar oğluna avtoçilingər zərfi təqdim edildi. Ağsu şəhərində yaşayan Həşimli İsmayıl Zöhrab oğlu da heyvandarlıq təsərrüfatının qurulması üçün əvəzsiz olaraq mal-qara və yemlə təmin olunub. Bankın Qusar filialında proqram iştirakçısı Yarəliyev Mübariz Famil oğluna avtoelektrik avadanlıqları təqdim olunub. Həmçinin, Şəki sakini, şəhid ailəsinin üzvü Əliyev Eldar Novruz oğluna avtomobil şinlərinin təmiri üçün lazım olan avadanlıqlar alınıb və təmənnasız olaraq təhvil verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandumun icrasını həyata keçirən Rabitəbank ilin sonunadək ölkənin fərqli regionlarında aztəminatlı vətəndaşların aktivlərlə təmin edilməsini davam etdirəcək. Məqsəd proqram iştirakçılırının kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
6 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
10 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
10 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq




















