Oktyabrda POS-terminalların sayı azalıb
Azərbaycanda POS-terminalların sayı 2021-ci ilin oktyabr ayında sentyabr ayının sonu ilə müqayisədə 48 ədəd azalaraq 61 min 61 ədədə düşüb. Sentyabr ayının sonunda POS-terminalların sayı 61 min 109 ədədə çatmışdı.
Marja.az Mərkəzi Bankın aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin sonu ilə müqayisədə, cari ilin 10 ayı ərzində POS terminalların sayı 3 min 941 ədəd artıb.
POS-terminalların 59 min 786 ədədi pərakəndə ticarət obyektlərində quraşdırılıb.
POS-terminalların 40 min 57 ədədədi Bakıdakı, 21 min 4 ədədi regionlardakı obyektlərdədir. POS terminalların sayı oktyabr ayında Bakıda 509 ədəd azalıb, regionlarda isə 461 ədəd artıb.
Qeyd edək ki, bankların ticarət və xidmət obyektlərində POS-terminallarının sayı 2015-ci ilin dekabr ayında 80 min 301 ədəd çatmış, sonra isə azalmışdı.
Bankların bankomatlarının sayı 2021-ci ilin oktyabr ayında sentyabr ayının sonu ilə müqayisədə 16 ədəd artaraq 2 min 870 ədədə çatıb. 2021-ci ilin 10 ayı ərində bankomatların sayı 155 ədəd artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 15 saat əvvəl
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?





















