ATL Tech-in Süni intellekt üzrə strateji tərəfdaşı Bakıda
(®) Azərbaycanın aparıcı informasiya texnologiya şirkətlərindən biri olan ATL Tech, kompüter görmə texnologiyası və maşın öyrənməyə əsaslanan məhsulların yaradılmasında dünya liderlərindən biri olan VisionLabs şirkəti ilə birlikdə 25 Noyabr tarixində “Machines can see in digital transformation” adlı konfrans təşkil ediblər.
Konfrans zamanı Azərbaycandan olan mütəxəssislər və xarici ekspertlər “Süni intellektin rəqəmsal dünyadakı rolu” haqqında öz təcrübə və fərziyyələrini bölüşüblər.
Konfrans 3 paneldən ibarət olmaqla, gələcəyin şəhəri: texnologiya ilə həyat keyfiyyətin artırılması, süni intellektin bizə vəd etdikləri, intellektual həllər kimi əsas mövzuları əhatə edib.
ATL Tech şirkətin direktoru Anar Əliyevin sözlərinə görə, keçirilən tədbir ölkəmizin bu istiqamət üzrə inkişafında daha bir addımdır.
“Biz inanırıq ki, bu kimi tədbirlərin keçirilməsi informasiya texnologiyaları sahəsinə marağı olan bazar iştirakçıları, o cümlədən sahəyə marağı olan gənclər üçün yeni istiqamətlər kəşf etməyə imkan yaradacaq. Tədbirdə ekspert qismində iştirak edən hər bir spikerin söylədikləri real təcrübəyə əsaslanır və konfrans iştirakçıları üçün olan faydası əvəzsizdir.”
Konfransda paylaşılan məlumat və təcrübələrin daha çox auditoriya çatması üçün canlı olaraq da tədbiri izləmək şansı yaradılmışdı.
Anar Əliyev konfransın digər tərəfdaşı olan VisionLabs şirkəti haqqında fikir söyləyərək, partnyorlarının maliyyə və nəqliyyat, pərakəndə satış üzrə beynəlxalq texnoloji korporasiya olduğunu vurğulayıb: “Şirkətin əsas məhsulları LUNA, kompüter görmə və video analitika platforması və özəl texnologiyalara əsaslanan qurğular (Luna Ace, Luna Pos, Luna Thermo və s.) toplusudur. Düşünürük ki, yeni tərəfdaşımız ilə birlikdə Azərbaycanda süni intellekt istiqamətində irəliləyiş əldə edərək, şirkətlərə yeni həll yolları təklif edə bilərik".
Tədbirdə spiker kimi iştirak edən və “Ağıllı şəhər və bankçılıqda kompüter görmə” mövzusunda çıxış edən VisionLabs-ın baş direktoru Dmitri Markov ATL tech ilə əməkdaşlıq haqqında bunları deyib:
“VisionLabs-ın beynəlxalq tərəfdaş şəbəkəsini genişləndirməyə davam edirik və ATL Tech kimi etibarlı şirkətlə əməkdaşlıq etməkdən məmnundur. Biz birlikdə bazar tələblərini daha dəqiq qiymətləndirə və buna uyğun olaraq yüksək texnoloji həllər təklif edə biləcəyik. Ümid edirik ki, əməkdaşlığımız məhsuldar olacaq və Azərbaycanda Süni İntellektin inkişafına öz töhvəsini verəcək”.
Qeyd edək ki, ATL Tech şirkəti Azərbaycanda İT konsaltinq, sistem inteqrasiyası, proqram təminatı və həllər daxil olmaqla geniş çeşiddə məhsul və xidmətlər təklif edirik. Şirkət həm yerli, həm də qlobal şirkətlərə xidmət göstərməklə onların İT problemlərini həll etməyə və müştərilərinin gündəlik əməliyyatlarını sadələşdirməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
7 d. əvvəl
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
-
9 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
13 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
13 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
İranda dolların qiymətində yeni rekord
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
Ən çox oxunanlar
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi

















