“Cənub qaz dəhlizi”ndə Türkmənistana da yer tapılacaq"
“Cənub qaz dəhlizi”ndə Türkmənistana da yer tapılacaq.
Beynəlxalq Energetika Xartiyasının “Enerji resurslarının tranziti üzrə çoxtərəfli çərçivə sazişinə doğru” adı altında keçirilən Aşqabad forumunda bu sözləri Türkiyə Respublikasının Energetika və Təbii Ehtiyatlar Nazirliyinin tranzit boru kəmərləri departamentinin rəhbəri Reha Aykul Muratoğlu söyləyib.
Neftin və qazın tranzitində Türkiyənin rolu barədə danışan Muratoğlu bildirib ki, Türkiyə neftin və qazın ən iri istehsalçıları və istehlakçıları arasında yerləşir. Neft ehtiyatlarının 60 faizi və sübut edilmiş qaz ehtiyatlarının 72 faizi bu regionun payına düşür. İki energetik infrastruktur – Bakı-Tbilisi-Ceyhan və İraq-Türkiyə neft kəmərləri Türkiyənin ərazisindən keçir.
Türkiyə Energetika Nazirliyinin nümayəndəsi hazırda reallaşdırılmaqda olan “Cənub Qaz dəhlizi” layihəsi və onun tərkib hissəsi olan TANAP barədə də öz fikrini bildirib. O deyib ki, boru kəmərinin Türkiyə ərazisindən keçən hissəsinin 72 faizi artıq inşa edilib və Avropa 2018-ci ildə bu kəmərlə ilk qazı alacaq, 2020-ci ildə isə qaz nəqlinin həcmi 10 milyard kubmetrə qədər artacaqdır. “Cənub qaz dəhlizi” layihəsi reallaşanda enerji ehtiyatlarının nəql edilməsi imkanı artacaq. “Cənub qaz dəhlizi”ndə Türkmənistana da yer tapılacağını bildirən Reha Aykul Muratoğlunun fikrincə, İraq bütün region üçün, habelə Avropa üçün təbii qazın potensial mənbəyidir.
“Cənub Qaz Dəhlizi” BP-nin ən iri layihəsidir
BP-nin “Cənub Qaz Dəhlizi” üzrə vitse-prezidenti Cozef Merfi C.Merfi bəyan edib ki, “Cənub Qaz Dəhlizi” BP şirkətinin ən iri layihəsidir. Xəzər regionunu Avropa ilə birbaşa bağlayacaq bu layihəyə artıq 11 şirkət külli miqdarda investisiya yatırıb.
O deyib: “Layihənin unikallığı bundadır ki, o, ilk dəfə Avropanı təbii qazla birbaşa təmin edəcək, onu münasib qiymətlə enerji ilə təchiz edəcək”.
Tikinti işlərinin sürətlə getməsi barədə məlumat verən BP nümayəndəsi deyib ki, inşaat işləri 6 ölkəni əhatə edən 3500 kilometr ərazidə aparılır, 30 mindən çox adam işlə təmin olunub.
C.Merfi TANAP layihəsinin reallaşması üzərində ətraflı dayanaraq bildirib ki, Dünya Bankı bu layihənin reallaşmasına 400 milyon dollar ayırıb.
© Azərtac
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















