AMEA-nın Yüksək Texnologiyalar Parkına son bir ildə cəlb edilən investisiyanın məbləği açıqlandı
AMEA-nın Yüksək Texnologiyalar Parkına son bir ildə cəlb edilən rezidentlərin ümumi investisiya məbləği 14 milyon manat təşkil edib
"Son illər Yüksək Texnologiyalar Parkında (YT Park) AMEA rəhbərliyinin birbaşa dəstəyi ilə geniş islahatlar həyata keçirilir, innovativ layihələr icra olunur, şəffaf mühit formalaşdırılır. Texnoparka yeni rezidentlərin qəbul olunması, erkən inkişaf mərhələsində olan startapların dəstəklənməsi bu qurumun fəaliyyətinin daha səmərəli təşkilinə imkan verir".
Marja xəbər verir ki, bu, YT Park-ın yaydığı məlumatda bildirlir.
Qeyd edilib ki. YT Park 5 illik fəaliyyəti dövründə elm-dövlət-sənaye əməkdaşlığının təmin edilməsi və elmin kommersiyalaşdırılması vasitəsilə milli iqtisadi inkişafa mühüm töhfələr vermişdir. Müəssisə qarşısına qoyulan strateji vəzifələrin həyata keçirilməsi istiqamətində uğurla çalışır.
Son bir ili əhatə edən dövr ərzində Texnoparkda görülən işlərin nəticəsi olaraq, Parka ümumi investisiya məbləği 14 milyon manat olan 6 yeni rezident – “Bakı Polimer İstehsalat” MMC, “Dadaş-N” MMC, “Azcosmetics Group” MMC, “Tak Noosh Group” MMC, “Proline Chemicals” MMC, “Azoil İndustry” MMC cəlb edilmişdir.Ümumi tikinti sahəsi 31 000 m² olan 6 rezident müəssisədə 162 yeni iş yerinin açılması planlaşdırılır. Hazırda texnoparkda ümumilikdə 12 rezident, biznes inkubasiya fəaliyyəti üzrə isə 4 rezident fəaliyyət göstərir.
Hesabat ilində texnoparkın nəzdində fəaliyyət göstərən Strateji Elmi Analitik Sınaq Mərkəzinin imkanlarından birgə istifadə etməklə təcrübə-test-sınaq işlərinin təşkilini həyata keçirmək məqsədilə “AMEA Yüksək Texnologiyalar Parkı” MMC ilə “İntertek Azeri LTD” MMC arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır.
Bununla yanaşı, YT Parkda ölkə iqtisadiyyatının inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla qadın sahibkarlığının inkişafını təşviq etmək və bu sahədə zəruri tədbirlər həyata keçirmək üçün əhəmiyyətli işlər görülür. Hesabat ilində Maya Səbzəliyevanın “Bitki südləri, un və əzmələrin innovativ texnologiya ilə istehsalı” innovativ layihəsi YT Parkın Biznes İnkubatorununun rezidenti statusunu əldə etmişdir.
Fəaliyyətin təkmilləşdirilməsi istiqamətində atılan addımlardan biri də Texnoparkda orta aylıq əmək haqqının 20 faizədək artırılması olmuşdur.
Hesabat dövründə, həmçinin Texnoparkın rezidentlərinin fəaliyyətləri haqqında hesabat‐statistik məlumatların alınması, onların fəaliyyətinin monitorinqinin həyata keçirilməsi qaydası təsdiq edilmişdir.
Son bir ili əhatə edən dövrdə texnoparkda görülən işlərin qiymətləndirilməsi üçün “M and J Consulting” MMC tərəfindən “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin 31 dekabr 2020-ci il tarixinə olan ilkin maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə başa çatan hesabat ili üzrə ilkin mənfəət və ya zərər və digər ümumi gəlirlər, ilkin kapitalda dəyişikliklər, ilkin pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də əsas uçot siyasətinin və digər izahedici məlumatların xülasəsindən ibarət olan ilkin maliyyə hesabatlarının audit yoxlaması aparılmışdır. Yoxlamaların nəticələrinə əsasən, müstəqil auditorun hesabatla bağlı rəyi müsbət olmuşdur.
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 11 oktyabr 2021-ci il tarixli 46 nömrəli sərəncamı ilə “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin istifadəsində olan torpaq sahəsində layihələndirilən binalarının şəhərsalma əsaslandırılması – Baş planı təsdiq edilmişdir.
Belə ki, Baş plan layihəsinə uyğun olaraq, AMEA Yüksək Texnologiyalar Parkı ərazisində komplektləşdirmə və abadlaşdırma fəaliyyətləri aparılmaqdadır. Rezidentlərin fəaliyyətinin tam olaraq həyata keçirilməsi üçün park ərazisində infrastruktur təkmilləşdirilmələri həyata keçirilir. Park ərazisində yerləşən 600 kv metr sahəsi olan istismar dövrü bitmiş köhnə tikilinin tam əsaslı təmiri aparılmışdır.
Bu istiqamətdə görülən əsas işlərdən biri isə istismar dövrünü başa vurmaq üzrə olan su və kanalizasiya xətlərinin yenilənməsi ilə birlikdə, yanğın əleyhinə su kəmərləri sisteminin çəkilməsi və hidrantların quraşdırılması, eyni zamanda perimeter üzrə elektrik xətlərinin yenilənməsi və təkmilləşdirilməsi olmuşdur. Bununla bağlı olaraq, 11 oktyabr tarixində 2 lot üzrə kotirovka sorğusu elan edilmiş, qaliblər müəyyən olunmuşdur.
Bundan başqa, YT Parkın ərazisində istifadə müddəti bitmiş, faydalı istifadə müddətini başa vurmuş bina və qurğular da sökülərək yeni rezidentlər üçün ərazilər genişləndirilmişdir.
Hesabat ilində, həmçinin bir çox əhəmiyyətli layihələr icra olunmuş, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xidmət edən görüşlər keçirilmiş, müqavilələr imzalanmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 10 saat sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
6 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
