6 kabel şəbəkə yayımçısının lisenziyalarına xitam verildi
Bu gün Milli Televiziya və Radio Şurasının iclası keçirilib.
Şuradan verilən məlumata görə, toplantıda bir sıra məsələlər müzakirə olunmuş və qərarlar qəbul edilib.
"Antenn Müstəqil Teleradio Kompaniyası"nın müraciəti əsasında "Radio Antenn"in proqramlarının Bakı şəhəri və Abşeron yarımadasındakı yayım tezliyinin dəyişdirilməsi məsələsinə baxılmışdır. Şuranın texniki nəzarət şöbəsinin, Dövlət Radiotezliklər İdarəsinin və "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin ("Teleradio") apardığı birgə monitorinqlərin nəticəsində "Radio Antenn"in Bakı şəhəri və Abşeronda yarımadası ərazisində yayım tezliyinin 22 noyabr 2021-ci il tarixdən etibarən 101.0 MHs-dən 101.1 MHs-ə dəyişdirilməsi məqsədəmüvafiq hesab olunmuş və bu barədə Şura üzvləri tərəfindən qərar qəbul olunmuşdur.
İclas zamanı "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin ("Teleradio") ölkə üzrə açıq televiziya paketinin (sosial paketin) Lənkəran Radio Televiziya Yayım Stansiyasından 53-cü TV yayım kanalında həyata keçirilən yayımın 37-ci TV yayım kanalına keçirilməsi ilə bağlı müraciətinə baxılmış və bununla bağlı qəraq qəbul olunmuşdur.
İclasda, həmçinin, kabel şəbəkə yayımçısı lisenziyasının alınması üçün müraciətlərə baxılmışdır. Şuranın müvafiq qərarları ilə "Azəri Global Servis" QSC-nə abonent sayı 5000-dən çox olan kabel şəbəkə yayımçısı (yayım üsulu efir-kabel olmaqla) lisenziyası, "Sevenline" MMC-nə və "İTTNET" MMC-nə isə abonent sayı 5000-dək olan kabel şəbəkə yayımçısı (yayım üsulu internet olmaqla) lisenziyaları verilmişdir.
Şura iclasında kabel (İPTV) operatorlarının fəaliyyəti, onların retranslyasiya etdikləri televiziya kanallarının lisenziyalı yayımının təşkil olunması məsələsi də geniş müzakirə olunmuşdur. Bildirilmişdir ki, Şuranın son bir ildə həyata keçirdiyi görüşlər, rəsmi yazışmalar nəticəsində əksəriyyət kabel (İPTV) operatorlarının retranslyasiya etdikləri kanallarla (və ya onların rəsmi agentləri ilə) bağladıqları müqavilələrin surətlərinin Şuraya təqdim olunması təmin olunmuşdur. Bəzi operatorlara qanunvericiliyin bu tələbinə əməl etmədikılərinə görə son xəbərdarlıq edilmiş, "Şam" MMC (Smart TV Plus) barəsində isə inzibati protokol tərtib edilmiş və müvafiq rayon məhkəməsinə göndərilmişdir.
İclasda bir sıra operatorların ümumiyyətlə yayım həyata keçirmədikləri müzakirə olunmuş və "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasını Qanununun 23.2.7-ci maddəsinə əsasən həmin kabel şəbəkə yayımçılarına ("Digicom" MMC, "Mobil Yayım Sistemləri" MMC, "Pluton Satellite" MMC, "Caspel" MMC, "Avir TV" MMC, "MNS Service" MMC) verilmiş lisenziyaların qüvvəsinə xitam verilməsi barədə qərar qəbul olunmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
9 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
10 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
10 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
10 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb










.jpg)










