Azərbaycan xarici banklardan 350 milyon dollar da borc aldı - MÜQAVİLƏ İMZALANDI
Alınan borc hökumət tərəfindən həyata keçirilən tədbirlər üçün dövlət büdcəsi vasitəsilə xərclənəcək.Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) arasında “COVİD-19-a Aktiv Cavab və Xərcin Dəstəklənməsi Proqramı” üzrə kredit ayrılmasına dair müqavilələr imzalanıb.
Marja.az Maliyyə Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, AİB və AİİB tərəfindən birgə maliyyələşdirmə mexanizmi əsasında razılıq verilmiş ümumilikdə 350 milyon ABŞ dolları məbləğində olan kredit sazişlərini Azərbaycan Hökuməti adından maliyyə naziri Samir Şərifov, AİB adından Azərbaycan üzrə ölkə direktoru xanım Kandis Makdegan, AİİB adından isə Bankın Baş direktoru Supi Teravanintorn imzalayıb.
Kredit Sazişlərinin şərtlərinə əsasən Proqram çərçivəsində AİB-dən 250 milyon ABŞ dolları və AİİB-dən 100 milyon ABŞ dolları məbləğində kreditlərin 10 il müddətinə LİBOR üstəgəl 0,5 faiz dərəcəsi ilə cəlb olunması nəzərdə tutulur.
Məlumatda qeyd edilib ki, sözügedən proqramın məqsədi koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə mənfi təsirinin azaldılması ilə bağlı hökumət tərəfindən həyata keçirilən tədbirlər üçün nəzərdə tutulmuş büdcə xərclərinin dəstəklənməsidir.
İmzalanma mərasimində maliyyə naziri Samir Şərifov Azərbaycan ilə AİB və AİİB arasında uzunmüddətli və strateji əməkdaşlıqdan məmnunluğunu ifadə edərək etibarlı və vacib tərəfdaş kimi bankların Azərbaycanda həyata keçirilən inkişaf proqramlarına verdikləri davamlı dəstəyin ölkəmizdə yüksək qiymətləndirildiyini ifadə edib.
Eyni zamanda qeyd olunub ki, Azərbaycan Respublikası beynəlxalq səviyyədə “COVID-19”la mübarizə tədbirlərində yaxından iştirak edərək həm Ümumdünya Səhiyyə Təşkilatına, həm də 30-dan çox ölkəyə maliyyə, humanitar və dərman yardımları göstərib. Nazir bildirib ki, müsbət meyillərə baxmayaraq hələ də “COVID-19” pandemiyasının fəsadlarının dünya iqtisadiyyatı üçün təhdid olaraq qaldığı bir vaxtda ölkələrin qazandığı mühüm uğurların qorunması üçün AİB və AİİB fəal mövqe nümayiş etdirərək birgə maliyyələşdirmə mexanizmi əsasında qısa müddət ərzində təqdim etdiyi çevik və səmərəli kredit proqramı mühüm əhəmiyyətə daşıyır.
Qeyd olunub ki, pandemiya ilə bağlı ölkədə həyata keçirilən sosial-iqtisadi tədbirlərin bugünədək olduğu kimi daxili imkanlar hesabına maliyyələşdirilməsi imkanlarının mövcudluğuna, habelə Azərbaycan Respublikası tərəfindən “COVID-19”la beynəlxalq mübarizə tədbirlərinə verdiyi töhfələrə baxmayaraq, AİB və AİİB tərəfindən bütün regional üzv ölkələrə təqdim olunan dəstək proqramından Azərbaycanın da faydalanması barədə qərar qəbul edilib.
AİB-nın Azərbaycan üzrə direktoru xanım Kandis Makdegan hökumətin “COVID-19”la mübarizə sahəsində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirərək Azərbaycanda həyata keçirilən pandemiyaya cavab tədbirlərinə, habelə ölkənin milli inkişaf prioritetlərinə bankın dəstəyinin bundan sonra da davam edəcəyini ifadə edib.
Xəbər verdiyimiz kimi, 27 oktyabr 2021 – ci il tarixində Azərbaycan Respublikası Hökuməti ilə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Regional Yollar və İnkişaf Layihəsi” üzrə kredit ayrılmasına dair müqavilə imzalanıb. 65 milyon ABŞ dolları məbləğində olan kredit sazişini Azərbaycan Hökuməti adından maliyyə naziri Samir Şərifov və Dünya Bankı tərəfindən Azərbaycan üzrə ölkə meneceri Sara Maykl imzalayıb. Cəlb olunan kredit Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yoluna alternativ olan mövcud Yenikənd-Biləsuvar hissəsinin ikinci texniki dərəcəyə uyğun olaraq yenidən tikilməsi, yolun səmərəliliyi, təhlükəsizliyi, yeni yol xidmətlərinin keyfiyyətinin artırılması, yol ətrafında logistika və bazar infrastrukturunu idarə etmək üçün modelin yaradılması və digər texniki yardımların təmin edilməsi işlərinə yönəldiləcək.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
2 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
4 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 6 saat əvvəl
-
6 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək






























