Mikayıl Cabbarov qarşıda duran əsas iqtisadi vəzifələri açıqlayıb
“Son illər ərzində iqtisadiyyatda şəffaflığın artırılması üçün çoxsaylı işlər həyata keçirilib”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, hazırda Azərbaycan 2022-2030-cu illəri əhatə edən yeni inkişaf mərhələsinə daxil olur: “Qarşımızda iqtisadi artımın daha dayanıqlı hala gətirilməsi, milli iqtisadiyyatın maliyyə dayanıqlılığının daha da gücləndirilməsi və işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi kimi ümdə vəzifələr durur. Bunun üçün müvafiq qurumlar arasında məhsuldar müzakirələr keçirilib. Karantin rejiminin əhəmiyyəti dərəcədə yumşalması və iqtisadi artımın yüksəlməsi şəraitində ÜDM-nin artım dinamikasında müsbət meyllər güclənməkdədir”.
“Bu il ölkədə iqtisadi artımın 5%-dən çox olması gözlənilir”
“İqtisadiyyat nazirliyinin qiymətləndirilmələrinə görə, cari ildə iqtisadi artımın 5%-dən çox olması gözlənilir", -Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, qeyri-neft sektorunda iqtisadi artımın sürətlənməsinə təkan verən amillər mövcuddur:
“Cari ilin 9 ayında qeyri-neft sektorunda əlavə dəyər artıb. Son illər hökumət tərəfindən sənaye zonalarının inkişafı üçün siyasət həyata keçirilib. Tikinti sektorundan əlavə, dəyərin artımı hələ ki, mənfi zonadadır. Son illər sənaye zonalarına əhəmiyyətli investisiya yatırımları olub. Bu günədək ölkədə 510-dan çox investisiya təşviqi sənədi verilib. Dövlət investisiyalarına gəldikdə, 2022-ci ilin ilkin büdcə layihəsində bu istiqamətə əsaslı vəsait qoyulub. Prezidentin şəxsi təşəbbüsü nəticəsində bu sahəyə ayrılan vəsait artırılıb. Bu da investisiyaların həcminin artırılmasına öz təsirini göstərəcək. Cari ilin 10 ayında qeyri-neft ixracının həcmində də artım müşahidə edilib”.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















