Çinin valyuta ehtiyatları oktyabrda 17 milyard dollar artıb
Çin Xalq Bankı (MB) oktyabrda milli valyuta ehtiyatlarını sentyabr ayı ilə müqayisədə 17 milyard dollar (0,53%) artıraraq 3 trilyon 217 milyard dollara çatdırıb.
Marja xəbər verir ki, bu barədə bazar günü Çin Xalq Respublikasının Valyuta Nəzarəti üzrə Dövlət Departamentinin rəis müavini Van Çunyin bildirib.
Departamentin rəis müavini qeyd edib ki, pandemiya ilə əlaqədar qlobal iqtisadiyyatın bərpası bir çox sabitliyi pozan amillərin mənfi təsirinə məruz qalıb: “Beynəlxalq maliyyə bazarı böyük dalğalanmalar yaşayır, lakin Çin iqtisadiyyatı bərpa olunmağa davam edir. O, kifayət qədər çevikdir və bunun üçün güclü potensiala malikdir ki, bu da bizə sabit valyuta ehtiyatlarını saxlamağa imkan verəcək”.
Statistikaya görə, 2020-ci ildə Çin Mərkəzi Bankı valyuta ehtiyatlarını 3,49% artıraraq 3,21 trilyon dollara çatdırmışdı. Çinin valyuta ehtiyatlarının artması pandemiyadan irəli gələn risklərin artması fonunda baş verib.
Müştərilərin xəbərləri
Epoint beynəlxalq ödəniş imkanlarını genişləndirir: artıq American Express və UnionPay kartlarının qəbulu mümkündür
AmCham Azərbaycan 2026–2028-ci illər üzrə İdarə Heyətinin Birinci Vitse-Prezidenti və Vitse-Prezidentini seçib
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 5 d. əvvəl
- 20 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət şirkətinin ixracı 31% artaraq 108 milyon dollara yaxınlaşıb
-
1 saat əvvəl
Dövlətə məxsus əsas ixracatçılar arasında birinci yeri tutan şirkət
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Kəlbəcərdə bərpa və tikinti xidməti zərərdən mənfəətə keçib
Dövlət şirkətinin ixracı 31% artaraq 108 milyon dollara yaxınlaşıb
Dövlətə məxsus əsas ixracatçılar arasında birinci yeri tutan şirkət
Ən çox oxunanlar
Ötən ilin əvvəlində ixracları sıfır səviyyədə olan 2 şirkət bu il milyonlarla dollarlıq ixrac ilə ilk onluğa daxil olublar
Bu şirkətin ixracı 21 milyon dolları keçib
Aqrar şirkətin ixracı 28% artıb
“AGRARCO” ixracını 3 dəfədən çox artırıb
“Baku Steel Company”nin ixracı 60% artıb
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfədən çox artıb






















