Azərbaycanın tikinti sektoru üçün "60 milyard manatadək gəlir" proqnozu
Azərbaycanın tikinti sektorunda 2022-2025-ci illərdə orta hesabla 3% ətrafında artımın olacağı proqnozlaşdırılır.
Bu, Azərbaycan Respublikası dövlət büdcəsinin 2022-ci il və növbəti üç il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əks olunub.
Sahə üzrə 2022-ci ildə bu göstəricinin 2,9%, 2023-cü ildə – 2,8%, 2024-cü ildə – 2,9%, 2025-ci ildə isə 3,3% təşkil edəcəyi proqnozlaşdırılır.
Gələn il ölkənin tikinti sektoru üzrə 13 milyard 768,5 milyon manat gəlirin əldə olunacağı gözlənilir. Bu göstərici 2023-cü ildə 14 milyard 413,3 milyon manat, 2024-cü ildə 15 milyard 113,9 milyon manat, 2025-ci ildə isə 15 milyard 883,4 milyon manata çatacağı ehtimal olunur. Göründüyü kimi, 2022-2025-ci illərdə tikinti sektorunun gəlirləri 60 milyard manata yaxın (59 milyard 179,1 milyon manat) olacağı gözlənilir.
Yaxın dörd ildə sektor üzrə illik əlavə dəyərin xüsusi çəkisi 43,4% təşkil edəcəyi proqnozlaşdırılır.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
15 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























