Vergi və Gömrük üçün plan artırılır
Gələn il Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 8 milyard 820 milyon manatını və yaxud 32,9%-ni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təmin edəcək.
Bu məsələ "2022-ci il icmal büdcə zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, bu, bu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 21,7% çoxdur.
Vergi orqanlarının xətti ilə daxilolmalarım 1 milyard 980 milyon manatı və yaxud 22,4%-i neft, 6 milyard 840 milyon manatı və yaxud 77,6%-i isə qeyri-neft sektorunun payına düşəcək.
Dövlət Gömrük Komitəsinin büdcə yükü 9% artırılır
Gələn il Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 4 milyard 260 milyon manatını və yaxud 15,9%-ni Dövlət Gömrük Komitəsi təmin edəcək.
Sənədə əsasən, bu, bu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,2% çoxdur.
Gömrük orqanlarının xətti ilə daxilolmaların 2 milyard 190 milyon manatı (6,2% çox) və yaxud 51,4%-i ölkəyə idxal olunan mallarla bağlı əlavə dəyər vergisinin (ƏDV), 160 milyon manatı (5,9% az) və yaxud 3,8%-i aksiz vergisinin, 1 milyard 150 milyon manatı (21,1% çox) və yaxud 27%-i gömrük rüsumlarının, 40 milyon manatı (dəyişməyib) və yaxud 0,9%-i isə yol vergisinin payına düşəcək.
Telegramda Marja.az səhifəsinə abunə olun
Reprot
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
11 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
11 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
12 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 13 saat əvvəl
-
13 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 14 saat əvvəl
-
14 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"


























