“PAŞA Həyat” və Dövlət Neft və Sənaye Universiteti arasında Əməkdaşlıq memorandumu imzalanıb - FOTOLAR
(®) Ölkənin lider həyat sığortası şirkəti olan “PAŞA Həyat” Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlıq çərçivəsində gənclərin peşəkar inkişafına yönəldilmiş tədbirlərin təşkilinə dair memorandum imzalayıb.
2 noyabr 2021-ci il tarixində imzalanmış memorandum təhsil sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi, təhsil keyfiyyətinin və tələbələrin peşə fəaliyyətinin yaxşılaşdırılması, bu məqsədlə sıx inteqrasiyanın təmin edilməsi üzrə səylərin birləşdirilməsi məqsədini daşıyır.
Bundan əlavə, şirkət tərəfindən müəyyənləşdirilmiş xidmət kateqoriyaları üzrə bilik və bacarığa malik olan və müvafiq tələbləri qarşılayan tələbələrin sertifikasiyalarına dəstək verilməsi planlaşdırılır. Müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyalarının keçirilməsi, könüllü təcrübə proqramlarının təşkil edilməsi və tələbələrin peşə təcrübəsinin artırılması, habelə şirkət əməkdaşlarının Universitetdə təşkil edilən tədbirlərə qonaq çıxışçı qismində dəvət edilməsi də faydalı əməkdaşlığa töhfə verəcək.
Əməkdaşlıq sazişini Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı və “PAŞA Həyat Sığorta” ASC-in İdarə Heyətinin sədri Niyaz İsmayılov imzalayıblar. Bu Memorandum müddətsiz olaraq bağlanılıb. Bütün bunlar “PAŞA Həyat”ın işəgötürən brendinin gücləndirilməsi istiqamətində atılan addımlardır.
“Bazarın lideri olan PAŞA Həyat şirkəti ilə əməkdaşlıq memorandumu imzalamaqdan məmnunluq duyuruq və sıx əməkdaşlığa daim açığıq. Qeyd etmək istəyirəm ki, hazırda biz “startup”lar və süni intellekt layihələri üzərində çalışırıq. Tələbələrimizin inkişafına xüsusi diqqət yetirdiyimiz üçün şirkət işçilərinin tədris fəaliyyətinə cəlb edilməsi, peşəkar təcrübə paylaşımı bizim üçün çox dəyərli və vacibdir.” – rektor Mustafa Babanlı bildirib.
“PAŞA Holding-in və müvafiq olaraq PAŞA Həyat şirkətinin iş fəlsəfəsi dövlətə və cəmiyyətə fayda verməkdən ibarətdir. Tədris fəaliyyəti üçün praktiki biliklər, hazır biznes-keyslər və digər təcrübə paylaşımı ilə, həmçinin icra olunan “startup” və süni intellekt layihələrinə tam dəstək göstərə bilərik. Şirkətimizin peşəkarları tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bilik paylaşımı bizim üçün qürurverici bir hal olacaq.” - deyə Niyaz İsmayılov vurğulayıb.
Lider sığorta şirkəti - “PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2020-cu il tarixinə şirkətin nizamnamə kapitalı 40,250 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, “Yığım tərkibli yaşam sığortası” məhsullarını təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
6 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
10 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq
















