"Qazaxıstanla Rusiya arasında ticarət dövriyyəsi ilin sonuna kimi 20 milyard dolları keçə bilər"
"İlin sonuna qədər Qazaxıstanla Rusiya arasında ticarət dövriyyəsi 20 milyard dolları keçə bilər. Bunun üçün bütün imkanlar var".
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı Qazaxıstanın baş naziri Əsgər Mamin Moskvada Rusiyanın baş naziri Mixail Mişustinlə görüşündə bildirib.
“Əminəm ki, bizim həyata keçirməli olduğumuz [ticarət-iqtisadi] potensial var. İlin sonuna qədər biz 20 milyard dollardan çox ticarət həcminə çatacağıq ki, bu da çox yaxşı və mühüm göstəricidir. Bunun üçün bütün imkanlar var”, - deyən Mamin bu il iki ölkə arasında ticarət dövriyyəsinin həcminin 2020-ci illə müqayisədə artıq xeyli artdığına diqqət çəkib.
Onun sözlərinə görə, danışıqlar bütövlükdə Rusiya Federasiyası və Qazaxıstan iqtisadiyyatlarının dinamik bərpası fonunda aparılır, hər iki ölkənin ÜDM indeksi artıq pandemiyadan əvvəlki səviyyəni ötür və bu, “çox sevindiricidir".
Mamin həmçinin qeyd edib ki, ilin birinci yarısında Rusiya Federasiyasından Qazaxıstana birbaşa xarici investisiyaların həcmi 20% artıb.
Qazaxıstanın baş naziri bildirib ki, tranzit nəqliyyat sektorunda, aqrar-sənaye sektorunda, tikinti sənayesində investisiya əməkdaşlığı bərpa olunur. Bu xüsusda o, xatırladıb ki, hər iki ölkə tranzit dövlətdir və böyük potensiala malikdir və bu, bütövlükdə Asiya ilə Avropa arasında ticarətin inkişafı nəzərə alınmaqla həyata keçirilməlidir.
Rusiya Federasiyası Nazirlər Kabinetinin mətbuat xidmətinin dünən verdiyi məlumata görə, Rusiya və Qazaxıstanın baş nazirləri ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın əsas məsələlərini, energetika, sənaye, nəqliyyat və digər sahələrdə iri birgə layihələrin həyata keçirilməsini müzakirə edəcəklər. Mişustin və Mamin həmçinin Avrasiya İqtisadi İttifaqı və Müstəqil Dövlətlər Birliyində qarşılıqlı fəaliyyətin aktual məsələlərindən danışacaqlar.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
7 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"


























