Bu gündən şəhər və rayonlardan sərnişindaşımada 2-ci doza peyvənd tələb olunur
Bu gündən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən COVID-19-a qarşı ikinci doza peyvənd olunması və yaxud COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur.
Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın sentyabrın 24-də qəbul etdiyi qərara uyğun olaraq həyata keçirilir.
Məsələ ilə bağlı açıqlama verən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, yeni tələbə ölkənin avtovağzal və avtostansiyalarında əməl olunur: "Bir qədər sonra yeni qaydalarla nə qədər sərnişinə bilet satılması, nə qədər sərnişinə bilet satışından imtina edilməsi barədə ilkin rəqəmlər məlum olacaq".
"Azərbaycan Dəmir Yolları" QSC hələ ki, regionlara sərnişindaşımanı bərpa etməyib.
Telegramda Marja.az səhifəsinə abunə olun
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
14 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
22 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
22 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
23 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI





















