Facebook şirkətinin yeni adı məlum oldu
Facebook şirkəti rebrendinq edir. Belə ki, "Facebook Inc." şirkətinin tərkibindəki Facebook, WhatsApp, Instagram, Messenger və Oculus VR, artıq “Meta” şirkətinin tərkibində fəaliyyət göstərəcəklər.Facebook şirkətinin Baş direktoru Mark Zuckerberg, şirkətin adının "Meta" olaraq dəyişdiriləcəyini açıqladı.
Marja xəbər verir ki, Facebook-un şirkət adını dəyişdirməsi ilə, Facebook sosial media tətbiqi platforması da şirkətin İnstagram, WhatsApp, Oculus və digər tətbiqləri kimi bir mövqedə olacaqdır.
Silikon Vadisindəki texnologiya şirkətlərinin fəaliyyət sahələrini böyüdərkən ana şirkət adlarını dəyişdirmələri daha əvvəl də baş vermişdir. İnternetdə axtarış və reklam xidmətlərindən başqa xidmətlər göstərmək istəyən Google, 2015-ci ildə "Alphabet" adlı ana holdinqini quraraq şirkətlərini onun tərkibində yığmışdır. Facebook da Google-a bənzər qərar qəbul edib.
Ad dəyişikliyi xəbəri, ABŞ hökumətinin şirkətin fəaliyyətləri mövzusunda gedərək daha çox yoxlama apardığı bir dövrə təsadüf edir. ABŞ Konqresindəki iki partiyanın senatorları da Facebooku şiddətlə tənqid edirdi.
Facebookun marka adını dəyişdirməsi şirkətin "metaverse" adlı virtual kainatı qurmaq planının da tərkib hissəsi olaraq qiymətləndirilir.
Metaverse nədir?
İyul ayından Facebook-un Baş direktoru Mark Zuckerberg, insanların yalnız şirkətin platformalarında heab açacaqları deyil, eyni zamanda bu rəqəmsal dünyada yaşayacaqları, işləyəcəkləri və oyun oynayacaqları "metaverse"-i Facebook-un və bütün olaraq internetin gələcəyi üçün bir vizion olaraq aqressiv bir şəkildə vurğulamağa başlamışdı.
"Facebook Connect 2021" tədbirində çıxış etmiş Facebookun qurucusu və Baş direktoru Mark Zuckerberg, metaverse platformasının adının Horizon olduğunu bildirib.
Fiziki dünya ilə rəqəmsal dünyanı, virtual həqiqət (VR) və artırılmış həqiqət (AR) texnologiyaları ilə bir yerdə yaşatmağa fokuslanan Horizon, Horizon Home, Horizon Worlds, Horizon Workrooms kimi platformalardan ibarət olacaq. Horizon platformasında oyun, idman, konsert, tədbir və ofis kimi sosial həyatın az qala hər sahəsinə dair virtual kainatlar (metaverse) yer alacaq.
SƏHMLƏRİ BAHALAŞDI
Facebook-un yeni ana marka adının açıqlandığı və metaverse platforması Horizonun təqdim edildiyi tədbirin dərhal ardından, şirkətin ABŞ birjalarında ticarət olunan səhmləri bahalaşıb. "Facebook Connect 2021" tədbirinin əvvəlində 314 dollar səviyyəsində olan Facebook səhmləri, tədbirdən sonra 4% artımla 324 dolları aşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
48 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 59 d. əvvəl
-
59 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN























