“AFB Bank” xalis mənfəətinin 5 dəfəyə qədər artdığını açıqladı
“AFB Bank” ASC 2021-ci ilin 3-cü rübünün sonunu 8 milyon 676 min manat xalis mənfəətlə başa vurub.
Bankdan Marja-ya daxil olmuş press-relizdə bildirilir ki, keçən ilin müvafiq dövründə bu göstərici 1 milyon 775 min manat idi ki, bu da müqayisədə xalis mənfəətin 6 milyon 901 min manat və ya 5 dəfəyə qədər artımı deməkdir.
Məlumatda qeyd edilib ki, problemli kreditlərin həlli istiqamətində görülmüş işlərin nəticəsi olaraq kreditlər üzrə alınmış faiz gəlirləri ötən ilin cari dövrü ilə müqayisədə 2 dəfədən çox artıb.
Məlumatda vurğulanıb ki, “AFB Bank”ın məcmu kapitalının və I dərəcəli kapitalının adekvatlıq əmsalı Mərkəzi Bankın normalarından dəfələrlə artıqdır. Belə ki, məcmu kapitalın adektvatlıq əmsalı MB normasına əsasən 10% həddində müəyyən edilmişdir ki, Bankın bu göstəricisi 49% təşkil edir, müvafiq olaraq da I dərəcəli kapitalın norması 5% olsa da, Bankda bu göstərici 43%-dən çoxdur.
Qeyd edilib ki, Bankın məcmu kapitalı 84,7 milyon manat təşkil edir.
Hazırda Bank 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir. Bu xidmətlər barədə daha ətraflı məlumatı 1545 Çağrı Mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)









.jpg)





