Azərbaycanın energetika naziri Ər-Riyadda görüşlər keçirib
Energetika naziri Pərviz Şahbazov cari ilin 23 oktyabr tarixində Səudiyyə Ərəbistanı Krallığının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun dəvəti ilə Ər-Riyad şəhərində keçirilən “Səudiyyə Yaşıl Təşəbbüsü”nün inaqurasiya mərasimində məruzəçi qismində iştirak edib.
Hökumət, biznes, maliyyə və vətəndaş cəmiyyəti liderlərinin qatıldığı "Yeni fəaliyyət dövrü: canlı vahə” (“A new era of action: Oasis alive”) adı altında keçirilən tədbirdə iqlim dəyişikliyi və biomüxtəlifliyin qorunması, yaşıl iqtisadiyyat, enerji keçidi, aşağı emissiyalı sənaye texnologiyalarının tətbiqi, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, hidrogendən enerji məqsədli istifadə kimi bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.
“Dayanıqlılıq və iqtisadi inkişaf” adlı nazirlər panelində çıxış edən Pərviz Şahbazov ekoloji, enerji və iqtisadi dayanıqlılıq arasında balansın təmin olunmasının vacibliyini vurğulayıb. Ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin inkişafının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən sosial-iqtisadi inkişaf üzrə milli prioritetlər sırasına daxil edildiyini bildirən nazir, növbəti onillik ərzində ölkəmizdə “yaşıl enerji” üzrə qoyuluş güclərinin payının 30%-a çatdırılmasının hədəfləndiyini diqqətə çatdırıb. Çıxış zamanı işğaldan azad edilmiş ərazilərimizin yaşıl enerji zonasına çevrilməsi istiqamətində işlərin aparıldığı bildirilib.
Panel çərçivəsində neft və qaz kimi karbohidrogen mənşəli enerji daşıyıcılarının ekologiyaya təsirinin məhdudlaşdırılması üzrə həllər, karbon qazı emissiyasının ətraf mühitə mənfi təsirinin azaldılması texnologiyalarına sərmayə qoyuluşu, bərpa olunan enerji mənbələrinə qoyulan sərmayələr və digər aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Əbdül Əziz bin Salman Əl-Səud, investisiya naziri Xalid Əl Falih, OPEC Beynəlxalq İnkişaf Fondunun baş direktoru Əbdülhəmid Əl Xəlifə, "Acwa Power" şirkətinin idarə heyətinin sədri Məhəmməd Abunayyan, “Total” şirkətinin sədri və baş icraçı direktoru Patrick Pouyanne, “Air Products” şirkətinin icraçı vitse-prezidenti Samir Serhan ilə görüşlər keçirilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.
Nazir tədbir zamanı “Bloomberg”, “Arab News”, “Kawa News” və s. kimi beynəlxalq media nümayəndələrinə müsahibələr verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq




























