Bu investisiya növü daha çox qazandırır!
(®) Gələcəyə yönəlik investisiya qoymaq son illərdə daha da önəmsənən bir mövzu olub. Baş verə biləcək gözlənilməz situasiyalar üçün insanlar kənarda pul yığmağa çalışır. Bu isə müxtəlif ölkələrdə fərqli yollarla özünü büruzə verir.
Azərbaycanda bu müqayisədə əsasən bank əmanətləri, qiymətli metallar və daşınmaz əmlak çıxış edir. Məlumdur ki, mənzil və ev qiymətləri zaman keçdikcə daha da bahalaşır. Hətta daşınmaz əmlak nümunəsinin satılması ilə yanaşı, onun kirayə verilməsindən də gəlir əldə etmək mümkündür. Daşınmaz əmlakı uzun müddətli kreditə götürərək kirayə verən insanların sayı da kifayət qədərdir.
Tikinti prosesində qiymət artımı istər Azərbaycanın, istərsə də digər ölkələrin daşınmaz əmlak bazarlarında müşahidə olunan tendensiyadır. Uzunmüddətli investisiyada tikinti zamanı 1 kv.m qiyməti 800 AZN olan mənzilin illər sonra 3000 AZN-ə qalxması halları öz əksini tapır.
Artıq 2 ildir ki, Kristal Abşeron tərəfindən sakinlərin istifadəsinə verilmiş Park Yasamal layihəsi mənzilləri 2 il öncə kvadrat metri üçün 1190 AZN üzərindən hesablanırdı. Cari vaxtda evin 1 kv.m-in 1590 AZN olduğunu nəzərə alsaq görərik ki, minimum 42 kv.m bir mənzil alsan, 2 ildən az müddətdə 16,800 azn mənfəət əldə etmiş olursan. Bundan əlavə sözügedən şirkətin Bayıl 1 layihəsində 2 il öncə kvadrat metrinə 1000 AZN ödəyən sakin hal-hazırda hər kvadrat metrinə 1660 AZN ödəyir. Bu isə 50 kvadrat metrlik mənzil üzərindən 33,000 AZN xeyir deməkdir. Eyni miqdarda pulun xeyir əmsalını bank depoziti ilə müqayisə etdikdə isə ortalama 6%-lə 2 il ərzində depozitə qoyduğunuz 50000 AZN vəsaitdən 7500 AZN xeyir götürə bilərsiniz. Bu isə müqayisədə kifayət qədər fərq edir.
Göründüyü kimi, daşınmaz əmlaka düzgün və vaxtında yatırım edən investor 2 il ərzində 30-40%-dək gəlir əldə edir. Mövcud şəraitdə heç bir sabit investisiya bu qədər mənfəətlə geri qayıtmır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
-
16 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























