Unibank biznes üçün onlayn məhsulları komissiyasız etdi
(®) Unibank ölkədə onlayn məhsulların inkişafına dəstək məqsədi ilə daha bir kampaniya keçirir.
Bankın biznes müştəriləri üçün nəzərdə tutulan kampaniya, sahibkarların bank filialına gəlmədən maliyyə vəsaitləri və xidmətlərindən daha sərfəli şərtlərlə istifadəsinə imkan yaradır.
Biznes sahiblərinin həm vaxtına, həm də büdcəsinə qənaət etdirən əksər onlayn xidmətlər ilin sonunadək sahibkarlar üçün komissiyasız olacaq.
Kampaniyada iştirak edən biznes sahibləri bu üstünlüklərdən faydalana biləcəklər:
- Əmək haqqı layihəsinə qoşulan müştərilər əməkdaşları üçün limitsiz sayda kartı komissiyasız sifariş edə biləcəklər;
- İlk dəfə biznes kart sifariş edən yeni müştərilər kartları komissiyasız əldə edəcəklər;
- Qısamüddətli kreditləri onlayn rəsmiləşdirən bütün müştərilər üçün kredit komissiyasız olacaq.
Qeyd edək ki, Unibank son illərdə biznes sahiblərinə təqdim etdiyi onlayn məhsul və xidmətlərin siyahısını xeyli genişləndirib. Hazırda biznes sahibləri bir çox bank xidmətlərindən onlayn formada istifadə edə bilirlər. Son bir ilin müqayisəsi göstərir ki, Unibank tərəfindən biznes sahiblərinə göstərilən bir sıra xidmətlərdə onlayn xidmətin payı 90%-dək artıb. Yaxın aylarda daha bir neçə məhsul və xidmətin onlayn formada sahibkarların istifadəsinə verilməsi planlaşdırılır.
Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftəiçi saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, 16 saylı, “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından (https://www.unibank.az/az/corporate/index) əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
- 1 gün sonra
- 9 d. əvvəl
-
21 d. əvvəl
Azərbaycanda kredit götürən şəxslər işsiz qalmaqdan sığortalanacaq
- 35 d. əvvəl
- 48 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
PULLU adam olmaq üçün ilk addımını at
Bankların kredit portfelinin artım tempi kəskin aşağı düşüb
Birbank Yığım hesabı: Pulunuz hər gün gəlir gətirir
SOCAR Midstream ağacəkmə aksiyası keçirib
Səyahət imtiyazlı kartlar üzrə xüsusi təklif
Ən çox oxunanlar
“AZINCLOUD” ilə məlumatlarını ölkə daxilində saxla!
“Azərkosmos” ümumi gəlirlərinin 66%-ni ixracdan qazanır
İxracdan ən çox qazanan özəl Azərbaycan şirkətləri - YENİ SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci, karbamid 3-cü yerdədir - Azərbaycanın qeyri-neft ixracı açıqlandı
Azərbaycan neftinin son qiyməti
Azərbaycand bank filiallarının sayı 15 sayda artıb

















