SOCAR istiqrazlarının tədavül müddəti başa çatıb
Milyonlarla dollar gəlir qazandılarAzərbaycan kapital bazarında investorların ən çox tələbat göstərdiyi korporativ qiymətli kağız olan SOCAR İstiqrazlarının 5 illik tədavül müddəti 17 oktyabr tarixində yekunlaşıb.
"SOCAR Capital" şirkətinin yaydığı məlumatda bildirilir ki, SOCAR İstiqrazlarının 20-ci və sonuncu kupon ödənişi nəticəsində 1 milyon 250 min dollarlıq faiz gəliri, eyni zamanda 100 milyon dollarlıq əsas məbləğ istiqraz sahiblərinin hesablarına köçürüldü. Bununla da, investorların yekun qazancı 25 milyon dollara çatmış oldu.
Məlumatda qeyd edilib ki, 2016-cı ildə buraxılmış SOCAR İstiqrazları tədavül müddəti boyunca bir çox uğura imza atıb:
-Abunə yazılışı dövründə istiqrazlara iki dəfədən artıq tələb gəldi;
-Təkrar bazar əməliyyatlarının həcmi 202 milyon dolları üstələdi;
-2500-dən artıq əqd bağlandı;
-Vətəndaşlarımız üçün alternativ investisiya imkanı təqdim edildi;
-Əvvəllər kapital bazarlarında iştirak etməmiş yüzlərlə fiziki şəxs ilk dəfə istiqraz sahibi oldu;
-Yerli kapital bazarlarımıza yeni investorların qazandırılmasına stimul verdi;
-5 illik müddət ərzində Bakı Fond Birjasında korporativ istiqrazlarla bağlanan əqdlərin 91%-i, əməliyyat həcminin isə 75%-i SOCAR İstiqrazlarının payına düşdü;
-Repo əməliyyatlarının həcmi 36 milyon dolları ötdü;
-Rüblük faizləri itirmədən, istiqrazları banka girov qoymaqla, aşağı faizli kredit götürülməsinə imkan yaratdı;
-5 il ərzində Birjadakı mümkün ticarət günlərinin 72%-indən çoxunda SOCAR İstiqrazları ticarət olundu;
-Rüblük faiz ödənişləri daim qrafikə uyğun aparıldı;
-Marketmeyker vasitəsilə likvidlik davamlı təmin edildi.
Xatırladaq ki, hazırda yeni SOCAR İstiqrazlarının abunə yazılışı davam edir (29 oktyabradək.) 1 və 5 saylı “ASAN” xidmət mərkəzlərindən, eləcə də ölkəmizdə fəaliyyət göstərən investisiya şirkətlərindən əldə edilməsi mümkündür. İlkin istiqraz sahibləri də hazırda davam edən abunə yazılışında iştirak edə bilərlər. İstiqrazların yerləşdirilməsi 1 noyabr tarixində baş tutacaq və faizləri rüblük qrafiklər əsasında ödəniləcək. Yeni istiqrazların da tədavül müddəti 5 ildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























