Neft kəskin ucuzlaşdı
Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və qrup ilə hərəkət edən digər ölkələr neft hasilatının məhdudlaşdırmalarının müddətini 9 ay uzatmaq barədə razılaşıblar.
İranın neft naziri Namdar Zanganeh, OPEC, Rusiya və digər OPEC üzvü olmayan ölkələr neft hasilatınının azaldılması razılaşmasını 2018-ci ilin Mart ayına qədər uzatdıqlarını deyib.
NEFT 5 FAİZƏ YAXIN ÇOX UCUZLAŞIB
OPEC və müttəfiqləri müqaviləni uzatmağa qərar vermələrinə qarşı, Bakı vaxtı ilə saat 21:50-yə olan məlumata görə, Qərbi Teksas nefti 4,7% ucuzlaşaraq 49,05 dollara, Brent nefti isə 4,4% ucuzlaşaraq 51,64 dollara düşüb.
AZƏRBAYCAN DA QOŞULUB
Vyanada OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması qərarına Azərbaycan da qoşulub.
İclasın yekunlarına dair açıqlama verən energetika naziri Natiq Əliyev deyib ki, iclasda Vyana sazişinin nəticələri təhlil edilərək, neftin qiymətinin 50-55 dollar arasında qərarlaşması razılaşmanın bazara müsbət təsirinin göstəricisi kimi qeyd olunub. Sazişin icrasına nəzarət edən qurum kimi Monitorinq Komitəsinin fəaliyyəti xüsusilə yüksək qiymətləndirilib. OPEC rəhbərliyi təşilata üzv ölkələr və kartelə daxil olmayan ölkələr tərəfindən öhdəliklərin yerinə yetirilmə səviyyəsini təqdir edib.
Bildirilib ki, ən son məlumatlara görə, hasilatın azaldılması ilə bağlı öhdəliklərə OPEC ölkələri 104%, qeyri-OPEC ölkələri isə 102% əməl edib. Toplantıda dünya iqtisadiyyatının inkişaf templəri, ilin sonuna kimi gözləntilər, trendlər, neft, neft məhsullarını əks etdirən təqdimatlar olunub. Bu məlumatların təhlili əsasında hasilatın azaldılmasının 9 ay uzadılması ilə bağlı Monitorinq Komitəsinin təklifi irəli sürülüb və yekdiliklə razılışadırılıb.
Natiq Əliyevin sözlərinə görə, yarımillik müddət qış mövsümünü tam əhatə etmədiyinə və qışda qiymətlər tez-tez dəyişdiyinə görə 24 ölkənin nümayəndələri hasilatın azaldılması üzrə sazişin müddətinin 6 ay əvəzinə 9 ay uzadılmasını məqbul hesab ediblər. Görüşün yekununda OPEC və təşkilata daxil olmayan ölkələr Bəyannaməyə imza atıblar.
Dünya enerji bazarında neftin qiymətinin sabitləşdirilməsi istiqamətində təşəbbüslərə qoşulan ilk ölkələrdən biri kimi Azərbaycan da OPEC və qeyri-OPEC ölkələrinin növbəti bu anlaşmasına dəstəyini ifadə edib. Natiq Əliyev bildirib ki, Vyana sazişinin müddətinin uzadılmasının neftin qiymətinin 55-60 dollar civarında qərarlaşmasını təmin edəcəyi gözlənilir.
”Azərbaycanın neft hasilatının daha 9 ay azaldılması ilə bağlı öhdəliyi öz üzərinə götürməsi ölkənin maraqlarına tam uyğundur. Azərbaycan bu sazişin gələn ilin sonuna kimi davam etdirilməsində də heç bir problem görmür” - energetika naziri vurğulayıb.
N.Əliyevin sözlərinə görə, hasilatın əlavə həcmdə azaldılması ilə bağlı müzakirə aparılmayıb.
Nazir onu da bildirib ki, növbəti belə bir görüş Vyanada bu il noyabrın 30-da keçiriləcək.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıblar. İlin birinci yarısı üçün bağlanmış neft hasilatının azaldılması üzrə hazırkı sazişin müddəti iyunun 30-da başa çatır.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 15 saat sonra
-
-
5 saat əvvəl
"Bəlkə də bir il, il yarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq"
-
5 saat əvvəl
İki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq yeganə rayon
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışı olub
- 7 saat əvvəl
-
10 saat əvvəl
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
"Dost Aqropark" 10 min baş cins mal-qara hədəfinə çatır"
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 3 GÜN
Ən çox oxunanlar
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir, bütün Qarabağı işıqlandırmaq olar"
“Şəfəq” yarımstansiyasının açılışı olub
SOCAR tərəfindən İtaliya şirkətinin alınması prosesi tamamlanıb
Prezident və birinci xanım Cəbrayıla səfər ediblər, Şükürbəyli kəndinin açılışında iştirak ediblər
“Qarabağdan Silikon Vadisinə” startap proqramına müraciət davam edir






.jpg)








.jpg)








